ABŞ İrana zərbə endirdi
13 Noyabr 2026, 01:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
713
19.03.2026, 16:20
Gürcüstanlı iş adamı Mixeil Lomtadze yenidən Forbes jurnalının versiyasına görə ən varlı Gürcüstan vətəndaşı olub.
Modern.az xəbər verir ki, o bu göstərici ilə keçmiş baş nazir Bidzina İvanişvilini də geridə qoyub.
Batumidə anadan olan və 2007-ci ildən bəri Qazaxıstanda yaşayan Lomtadzenin sərvəti nəşr tərəfindən 6 milyard dollar olaraq qiymətləndirilir. İş adamının sərvəti son bir ildə təxminən 100 milyon dollar artıb. Bu sərvətlə o, dünyanın ən varlı insanlarının siyahısında 680-ci yerdədir.
Hakim "Gürcü Arzusu" partiyasının təsisçisi Bidzina İvanişvili 2,7 milyard dollarlıq sərvəti ilə 1543-cü yerdədir ki, və son 1 ildə mövqeyi dəyişməz qalıb. Əvvəllər Forbes jurnalı onun 2025-ci ilə qədər sərvətini 4,9 milyard dollar olaraq qiymətləndirirdi, lakin nəşr aktivlərin şəffaflığının azalması səbəbindən qiymətləndirmələrini yenidən nəzərdən keçirib.
Lomtadzenin əsas kapital mənbəyi Qazaxıstanın "Kaspi.kz" fintech holdinqidir və o, burada səhmdar, idarə heyətinin sədri və direktorlar şurasının üzvü vəzifələrini tutur. Kaspi.kz rəqəmsal bank, ödəniş platforması, mobil maliyyə xidmətləri sistemi, kreditləşmə, depozit məhsulları və elektron ticarət bazarını əhatə edir.
Bundan başqa, Lomtazde İngiltərənin "Wycombe Wanderers" futbol klubuna, Azərbaycanda isə sahibdir və Qazaxıstanda idman layihələrini, o cümlədən futbol akademiyalarının yaradılmasını dəstəkləyir. Qazaxıstanda yaşayıb biznes aparsa da, Forbes vətəndaşlığına görə onu gürcü kimi təsnif edir.
Lomtadzenin aparıcı Azərbaycan elan saytları olan "turbo.az", "tap.az", "boss.az" və "bina.az"-ı satın alma tarixi məlum deyil. Lakin saytlara sahib olan "DIGITAL CLASSIFIEDS" MMC 16 avqust 2021-ci ildə dövlət reyestrində qeydiyyata alınıb. MMC-nin nizamnamə kapitalı 50.000 manatdır və hüquqi ünvanı Nəsimi rayonu, Rəsul Rza küçəsi, 75-dir. Şirkətin qanuni nümayəndəsi Gürcüstan vətəndaşı Mamuka Krivalidzedir.
01:52 / 13 Noyabr 2026
263
01:49 / 13 Noyabr 2026
560
00:49 / 13 Noyabr 2026
140
00:18 / 13 Noyabr 2026
134
00:17 / 13 Noyabr 2026
181
23:53 / 12 Noyabr 2026
1100
23:51 / 12 Noyabr 2026
137
23:40 / 12 Noyabr 2026
207
23:34 / 12 Noyabr 2026
132
23:24 / 12 Noyabr 2026
901
23:20 / 12 Noyabr 2026
130
23:19 / 12 Noyabr 2026
139
23:18 / 12 Noyabr 2026
137
23:12 / 12 Noyabr 2026
134
23:03 / 12 Noyabr 2026
141
23:02 / 12 Noyabr 2026
261
22:59 / 12 Noyabr 2026
133
22:55 / 12 Noyabr 2026
155
22:49 / 12 Noyabr 2026
184
22:40 / 12 Noyabr 2026
141
22:24 / 12 Noyabr 2026
217
22:21 / 12 Noyabr 2026
140
22:13 / 12 Noyabr 2026
150
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.