ABŞ İrana zərbə endirdi
13 Noyabr 2026, 01:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
3917
18.03.2026, 23:09
ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdəki müharibə səbəbindən neft qiymətlərini aşağı salmaq məqsədilə əsrlik Ticarət Dənizçiləri Qanununu (Jones Aktı) 60 gün müddətinə dayandırıb.
Oxu24.com xəbər verir ki,Ağ Evin mətbuat katibi Kerolin Levitt bu barədə X sosial media platformasında məlumat verib.
"Prezident Trampın Jones Aktını 60 gün müddətinə dayandırmaq qərarı, ABŞ ordusunun İrana qarşı "Epik Qəzəb Əməliyyatı" çərçivəsində missiyaları yerinə yetirməyə davam etdiyi bir vaxtda neft bazarındakı qısamüddətli pozuntuları azaltmaq üçün daha bir addımdır", - deyə o yazıb.
Ağ Ev sözçüsünün sözlərinə görə, bu tədbir ABŞ limanlarına neft, təbii qaz, gübrə və kömürün maneəsiz çatdırılmasına imkan verəcək.
ABŞ lideri beləliklə, xarici gəmilərə ABŞ limanları arasında yanacaq daşımaq üçün müvəqqəti olaraq icazə verib.
Jones Aktı (1920), ABŞ limanları arasında daşınan bütün yüklərin ABŞ-da inşa edilmiş və ABŞ vətəndaşları tərəfindən idarə olunan ABŞ bayrağı altında üzən gəmilərdə daşınmasını tələb edən ABŞ federal qanunudur.
İsrail və ABŞ-ın hücumlarına cavab olaraq, İran dünyanın əsas neft marşrutlarından biri olan Hörmüz boğazının effektiv şəkildə bağlandığını elan etdi. İslam Respublikası qadağanı kommersiya gəmiləri və tankerlər də daxil olmaqla bütün gəmilərə şamil etdi. Nəticədə, strateji dəhlizdə nəqliyyat demək olar ki, dayandı. Bu vəziyyət neft qiymətlərinin kəskin şəkildə artmasına səbəb oldu.
Hazırladı: Jalə
01:52 / 13 Noyabr 2026
265
01:49 / 13 Noyabr 2026
579
00:49 / 13 Noyabr 2026
140
00:18 / 13 Noyabr 2026
134
00:17 / 13 Noyabr 2026
182
23:53 / 12 Noyabr 2026
1148
23:51 / 12 Noyabr 2026
138
23:40 / 12 Noyabr 2026
209
23:34 / 12 Noyabr 2026
132
23:24 / 12 Noyabr 2026
920
23:20 / 12 Noyabr 2026
130
23:19 / 12 Noyabr 2026
139
23:18 / 12 Noyabr 2026
137
23:12 / 12 Noyabr 2026
137
23:03 / 12 Noyabr 2026
141
23:02 / 12 Noyabr 2026
266
22:59 / 12 Noyabr 2026
133
22:55 / 12 Noyabr 2026
157
22:49 / 12 Noyabr 2026
185
22:40 / 12 Noyabr 2026
141
22:24 / 12 Noyabr 2026
217
22:21 / 12 Noyabr 2026
140
22:13 / 12 Noyabr 2026
150
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.