Xəstəxananın şöbə müdirini əri öldürdü: Bu ölkədə..
13 İyun 2026, 22:56
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
582
17.03.2026, 19:08
Son dövrlərdə regionda, xüsusilə İranda müşahidə olunan hərbi gərginlik və intensiv bombardmanlar cəmiyyətdə narahatlıq doğurmaqda davam edir. Sosial şəbəkələrdə və ictimai müzakirələrdə tez-tez səslənən suallardan biri də budur: güclü partlayışlar və raket zərbələri yer qabığında əlavə vibrasiyalar yaradaraq zəlzələ riskini artıra bilərmi?
Oxu24.com xəbər verir ki mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən seysmoloq Qulam Babayev bildirib ki, hərbi partlayışların zəlzələ yaratmaq və ya seysmik təhlükəni əhəmiyyətli dərəcədə artırmaq gücü yoxdur.
“Zəlzələlər geodinamik proseslərin nəticəsi olaraq yerin dərin qatlarında baş verir və bu proseslər uzun illər, hətta yüzilliklər ərzində formalaşan tektonik gərginliklə bağlıdır.
Enerji miqyasına görə yerüstü partlayışlar yerin dərinliklərində gedən tektonik proseslərə təsir göstərə biləcək səviyyədə deyil. Raket zərbələri əsasən yer səthində və ya ona yaxın qatlarda baş verir. Halbuki zəlzələlər kilometrlərlə dərinlikdə, tektonik plitələrin hərəkəti nəticəsində yaranır”, – deyə o, vurğulayıb.
Qulam Babayevin sözlərinə görə, partlayışlar müəyyən titrəyişlər yaradır və bu dalğalar seysmometrlər tərəfindən qeydə alına bilər.
“Lakin bu titrəyişlər mövcud tektonik gərginliyi dəyişdirmək gücündə deyil.
Əgər yerin dərin qatlarında artıq kritik həddə çatmış enerji toplanıbsa, çox kiçik xarici təsir – o cümlədən partlayış nəticəsində yaranan zəif vibrasiya bu enerjinin boşalmasını sürətləndirə bilər. Lakin bu halda belə, söhbət yalnız çox zəif və kiçik güclü zəlzələlərdən gedər”.
Ekspert yekun olaraq vurğulayıb ki, genişmiqyaslı hərbi əməliyyatlarla güclü zəlzələlər arasında birbaşa və qanunauyğun əlaqə mövcud deyil. Yer səthində baş verən partlayışların dərin tektonik proseslərə ciddi təsir göstərməsi elmi baxımdan mümkün hesab olunmur.
11:30 / 14 İyun 2026
20
10:32 / 14 İyun 2026
61
10:30 / 14 İyun 2026
54
01:43 / 14 İyun 2026
235
01:38 / 14 İyun 2026
189
00:05 / 14 İyun 2026
372
23:39 / 13 İyun 2026
320
23:13 / 13 İyun 2026
196
22:56 / 13 İyun 2026
287
22:52 / 13 İyun 2026
142
22:34 / 13 İyun 2026
131
21:57 / 13 İyun 2026
514
21:47 / 13 İyun 2026
140
21:33 / 13 İyun 2026
137
21:12 / 13 İyun 2026
132
21:02 / 13 İyun 2026
151
20:53 / 13 İyun 2026
196
20:12 / 13 İyun 2026
2171
20:06 / 13 İyun 2026
4337
19:54 / 13 İyun 2026
192
19:37 / 13 İyun 2026
180
19:27 / 13 İyun 2026
209
19:22 / 13 İyun 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.