Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Moskvada istilik elektrik stansiyası yanır

2019-07/1562837315_upload-007-pic4_zoom-1500x1500-66259.jpg

DÜNYA

1125

11.07.2019, 13:28

  Moskva vilayətində yerləşən Mıtişa rayonunda “Severnaya” İstilik Elektrik Mərkəzində yanğın baş verib.
“Report” xəbər verir ki, məlumatı “Gazeta” yayıb. Şahidlərin sözlərinə görə, partlayış səsləri də eşidilib. Bildirilib ki, “Severnaya” İstilik Elektrik Stansiyasında yanğın olub. Bu stansiya Moskva vilayəti Mıtişa şəhər dairəsinin Çelobitevo kəndində yerləşir. Onun yaxınlığında “İyun” ticarət mərkəzi də var. Hadisənin başvermə səbəbləri araşdırılır.