SEPAH təlimə başladı
12 May 2026, 23:40
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
699
14.01.2026, 20:53
Nikol Paşinyan Ermənistanın Avropa İttifaqına tamhüquqlu üzv olmaq yolunda ciddi və dəqiq addımlar atmağa qərar verdiklərini bəyan edib.
Oxu24.com xəbər verir ki, o, “Strategiyamız belədir: Ermənistanı Aİ standartlarına uyğun bir ölkəyə çevirmək üçün çox möhkəm və aydın addımlar atmalıyıq” deyə vurğulayıb.
Musavat.com-un xəbərinə görə, politoloq Xəyal Bəşirov hesab edir ki, Rusiya Ermənistanın Avropa İttifaqına tamhüquqlu üzvlüyünə razı olmayacaq:
“Ermənistan hazırda Rusiyanın orbitr olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, Avrasiya İqtisadi İttifaqının üzvüdür. Avropa İttifaqına üzvlük isə bu strukturlardan çıxmağı və ya faktiki fəaliyyətsizləşməni, Rusiyanın Cənubi Qafqazdakı son dayaq nöqtələrindən birini itirməsini ifadə edir. Rusiya üçün Ermənistan hərbi, siyasi, logistika və regional balans baxımından əhəmiyyətə malikdir. Aİ üzvü olan Ermənistan Avrasiya İttifaqının gömrük, vergi və ticarət rejimində qala bilməz. Bu isə Moskvanın regional iqtisadi təsirinin azalması deməkdir.
Bütün bunlara görə hesab edirəm ki, Rusiya Ermənistanın Avropa İttifaqı üzvlüyünə mane olmaq üçün ən radikal addımlara belə gedə bilər”.
Ekspert qeyd edib ki, Rusiya Ermənistanın Aİ-yə tam üzvlüyə yox, Aİ ilə tərəfdaşlıq və assosiasiya səviyyəsində əməkdaşlığına mane olmayıb. Bundan sonra isə ən yaxşı halda maliyyə, texniki, islahatyönümlü əməkdaşlığına göz yuma bilər:
“Rusiyanın baxışı budur ki, Ermənistan Aİ-yə yaxınlaşa bilər, amma Aİ üzvü ola bilməz. Rusiya Ermənistanın Aİ-yə üzvlüyünü özünün qırmızı xətti hesab edir. Qırmızı xəttini keçəni isə ağır cəzalandıracağı şübhəsizdir. Başqa təcrübələr də bunu deyir. Hətta bu günlərdə belə fikir səslənmişdi ki, Rusiya Ermənistanda xüsusi əməliyyat keçirə bilər”.
Xəyal Bəşirov düşünür ki, Paşinyan Avropa İttifaqına üzvlük mövzusundan həm də manipulyativ və balanslaşdırıcı alət kimi istifadə edir.
00:05 / 13 May 2026
60
00:02 / 13 May 2026
38
23:59 / 12 May 2026
1939
23:54 / 12 May 2026
213
23:50 / 12 May 2026
137
23:43 / 12 May 2026
228
23:40 / 12 May 2026
44
23:31 / 12 May 2026
45
23:27 / 12 May 2026
40
23:25 / 12 May 2026
43
23:22 / 12 May 2026
54
22:47 / 12 May 2026
136
22:38 / 12 May 2026
73
22:20 / 12 May 2026
64
21:59 / 12 May 2026
73
21:54 / 12 May 2026
82
21:37 / 12 May 2026
102
21:15 / 12 May 2026
95
20:55 / 12 May 2026
85
20:44 / 12 May 2026
176
20:42 / 12 May 2026
89
20:39 / 12 May 2026
87
20:36 / 12 May 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.