Dağıstanda Rusiya çempionatının mükafatçısı güllələnərək öldürülüb
14 Noyabr 2026, 20:38
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
865
14.01.2026, 19:34
Bakı şəhəri, Yasamal, Binəqədi, Nərimanov, Xətai, Nəsimi, Sabunçu, Suraxanı rayonlarında qəzalı və istismar
müddətini başa vuran binaların sökülməsi planlaşdırılır.
Oxu24.com xəbər verir ki, bu barədə Oxu.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri
Vüqar Oruc məlumat verib.
O bildirib ki, bu ərazilərdə qəzalı binalar müəyyənləşdirilib və aktlaşdırılıb:
"Sözügedən binaların söküntüsü planlaşdırılır. Söküntüdən əvvəl dövlət xətti ilə dövlət büdcəsindən və investorlar vasitəsilə prosesin aparılması və kompensasiyaların aparılması nəzərdə tutulur. Həmçinin bəzi ərazilərdə abadlıq işlərinin görülməzi, parkların salınması gözlənilir".
Sədr vurğulayıb ki, öz mülkündən imtina edən vətəndaşlara kompensasiya verilir ki, onlar başqa ərazilərdə özləri üçün yaşayış sahələri əldə edə bilsinlər:
"Əgər söküntünün getdiyi ərazidə yeni binaların inşası aparılarsa, həmin binadan vətəndaşlara yeni mənzillər təklif olunur. Bəzən deyirlər ki, kompensasiyanın miqdarı daşınmaz əmlakın dəyəri bazar qiymətinə uyğun müəyyən olunur. Biz Qiymətləndiricilər Cəmiyyəti olaraq daşınmaz əmlakın dəyərini onun yerinə tikiləcək yeni binanın satışında bir kvadratmetrə düşən məbləğə əsasən hesablayırıq. Bunun əsas səbəbi isə vətəndaşın yaşadığı əraziyə yaxın yerdə özünə mənzil ala bilməsinə şərait yaradılması ilə əlaqədardır".
Vüqar Orucov bildirib ki, qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş tikililər fövqəladə hallar zamanı insanların həyatı üçün ciddi risk yaradır:
"Bəzi tikililər sürüşmə zonalarında, neft ilə çirklənmiş ərazilərdə, yüksəkgərginlik xəttin keçdiyi yerlərdə inşa olunub. Bunların hər biri insanın həyatını riskə atan amillərdir. Risk faktorunun aradan qaldırılması üçün də müvafiq söküntü işləri aparılır. Bəzi fərdi yaşayış evləri var ki, kommunikasiya xətlərinin keçdiyi torpaq sahəsində qanunsuz inşa edilib, mühafizə zolağına daxildir. Bu evlər də sökülür və lazımi kompensasiya ödənilir".
O əlavə edib ki, "Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı"na uyğun olaraq şəhərin yenidən planlaması həyata keçirilir:
"Müasir tələblərə uyğun, tarixilik, qədimlik prinsipləri qorunmaq şərti ilə aparılacaq yeni infrastruktur dəyişikliklər, yeni yolların, parkların salınması, yeni binaların tikilməsi müəyyən dəyişiklər baş tutacaq. Bayılda, "Sovetski" adlanan ərazidə və ətraf məhəllələrdə, Yasamal rayonunda istismar müddətini başa vuran fərdi yaşayış evləri, magistral və park sahələrində yerləşən, yeni salınacaq park yerlərində mövcud olan bina və fərdi yaşayış evləri söküntüyə uyğun bilinir.
Nəqliyyat əlçatanlığının təmin olunması istiqamətində hansı ərazilərdə yeni yollar çəkiləcəksə, bu xəttə düşən fərdi yaşayış evləri və binalar da söküləcək. Baş plana uyğun şəhərin görüntüsü yenilənəcək.
Bu prosesin önəmi ondan ibarətdir ki, həmin ərazilərdə yaşayan vətəndaşlar yeni müasir dizayna malik mənzillərin əldə etməsinı şərait yaradacaq".
20:38 / 14 Noyabr 2026
1
20:23 / 14 Noyabr 2026
236
19:54 / 14 Noyabr 2026
55
19:50 / 14 Noyabr 2026
62
19:36 / 14 Noyabr 2026
1010
19:15 / 14 Noyabr 2026
100
19:12 / 14 Noyabr 2026
104
19:05 / 14 Noyabr 2026
99
18:50 / 14 Noyabr 2026
102
18:43 / 14 Noyabr 2026
115
18:21 / 14 Noyabr 2026
756
18:09 / 14 Noyabr 2026
128
18:06 / 14 Noyabr 2026
528
18:03 / 14 Noyabr 2026
106
17:18 / 14 Noyabr 2026
216
17:15 / 14 Noyabr 2026
122
16:20 / 14 Noyabr 2026
131
16:05 / 14 Noyabr 2026
181
15:45 / 14 Noyabr 2026
136
15:27 / 14 Noyabr 2026
311
15:25 / 14 Noyabr 2026
152
15:07 / 14 Noyabr 2026
325
15:05 / 14 Noyabr 2026
154
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.