Avropanın təhlükəsizliyinin gələcəyi və ABŞ amili
14 Noyabr 2026, 11:39
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1335
14.01.2026, 22:26
“Prezident İlham Əliyev 2020-ci ildə qazanılan tarixi zəfərdən və 2023-cü ildə ölkəmizin suverenliyinin tam təmin olunmasından sonra yeni strateji vəzifə müəyyən edib. Bu, Qarabağla Şərqi Zəngəzurun bərpası və yenidən qurulması, eləcə də sözügedən bölgələrin Azərbaycan iqtisadiyyatına tam inteqrasiyasını nəzərdə tutur. Bu məqsədlə artıq birinci Dövlət Proqramı qəbul edilib və onun icrası 2026-cı ildə yekunlaşır”.
Oxu24.com xəbər verir ki, bu sözləri Globalinfo.az-a deputat Elman Nəsirov Prezident İlham Əliyevin Ağdərə və Tərtər rayonlarına son səfərini şərh edərkən deyib.
Deputat bildirib ki, ölkə başçısı keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışını təmin etmək üçün bu prosesi şəxsən nəzarətdə saxlayır və mütəmadi olaraq həmin bölgələrə səfərlər edir:
“Bu səfərlər çərçivəsində yeni infrastruktur obyektləri istifadəyə verilir, təməlqoyma mərasimləri keçirilir, şəhər və rayonların baş planları qəbul edilərək təsdiq olunur. Nəticədə Qarabağ və Şərqi Zəngəzur bölgələri qısa müddətdə sürətlə inkişaf edir. 2026-cı il üçün bu məqsədlə 3,5 milyard manat vəsait ayrılıb. Ümumilikdə isə 2021-ci ildən 2025-ci ilin sonunadək Qarabağ və Şərqi Zəngəzurun bərpasına 22 milyard manat vəsait yönəldilib. Bu faktlar göstərir ki, güclü siyasi iradə və kifayət qədər maliyyə imkanları mövcuddur. Prosesə birbaşa Prezident rəhbərlik edir. Artıq 73 mindən çox keçmiş məcburi köçkün və bu ərazilərdə çalışan şəxslər həmin bölgələrdə məskunlaşıb. İlham Əliyevin yanvarın 13-də Tərtər və Ağdərə rayonlarına səfəri də məhz bu kontekstdə qiymətləndirilməlidir”.
Millət vəkili xatırladıb ki, səfər çərçivəsində dövlət başçısı Ağdərənin Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb:
“Prezident qeyd edib ki, 2023-cü ildə azad edilmiş Ağdərə rayonunun artıq doqquz kəndinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub və rayonun baş planının təsdiqlənməsi nəzərdə tutulur. Bu gün Qarabağ bölgəsi sürətlə yenidən bərpa olunur və böyük inkişaf potensialına malikdir. İşğal dövründə bu ərazilərin potensialından inkişaf üçün deyil, yalnız talan və mənimsəmə məqsədilə istifadə edilib. Xaricdən, o cümlədən ermənipərəst təşkilatlardan, diaspor və lobbi qurumlarından ayrılan yüz milyonlarla vəsait bölgənin inkişafına yönəldilməyib. Əksinə, bu ərazilər sistemli şəkildə dağıdılıb. Bu gün isə vəziyyət tamamilə dəyişib.
Azərbaycan son onilliklərdə nadir tarixi nailiyyətə imza atmış dövlətdir. Son 80 il ərzində heç bir ölkə ərazi bütövlüyü ilə bağlı problemini bu qədər qəti və tam şəkildə həll edə bilməyib. Buna yalnız Azərbaycan dövləti və xalqımız nail olub. Bu siyasət bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək. Artıq Qarabağ və Şərqi Zəngəzura qayıdışla bağlı ikinci Dövlət Proqramı da qəbul olunur. Nəticə etibarilə bu bölgələr sözün həqiqi mənasında inkişaf etmiş turizm mərkəzinə, eləcə də kənd təsərrüfatı və iqtisadi inkişafın əsas dayaqlarından birinə çevriləcək”.
20:23 / 14 Noyabr 2026
1
19:54 / 14 Noyabr 2026
47
19:50 / 14 Noyabr 2026
58
19:36 / 14 Noyabr 2026
851
19:15 / 14 Noyabr 2026
94
19:12 / 14 Noyabr 2026
96
19:05 / 14 Noyabr 2026
95
18:50 / 14 Noyabr 2026
93
18:43 / 14 Noyabr 2026
109
18:21 / 14 Noyabr 2026
728
18:09 / 14 Noyabr 2026
122
18:06 / 14 Noyabr 2026
510
18:03 / 14 Noyabr 2026
103
17:18 / 14 Noyabr 2026
211
17:15 / 14 Noyabr 2026
120
16:20 / 14 Noyabr 2026
128
16:05 / 14 Noyabr 2026
179
15:45 / 14 Noyabr 2026
134
15:27 / 14 Noyabr 2026
309
15:25 / 14 Noyabr 2026
150
15:07 / 14 Noyabr 2026
318
15:05 / 14 Noyabr 2026
149
14:44 / 14 Noyabr 2026
317
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.