Neft bahalaşır,Azərbaycana təsirlər olacaqmı? — İQTİSADÇI AÇIQLADI
17 Mart 2026, 20:44
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
547
14.01.2026, 19:34
Ölkənin birinci bankı “Kapital Bank” 2025-ci il üçün maliyyyə hesabatını təqdim edib. 31 dekabr 2025-ci ilə aid hesabata görə bankın cəmi gəlirləri 2024-cü illə müqayisədə 27,6% artaraq 1 milyard 881 milyon 674 min manata çatıb.
Bu nəticə ilə bank maliyyə bazarında rəqiblərini geridə qoyaraq banklar arasında lider mövqeyini qoruyub. Eyni zamanda son 3 ilin ən yüksək artım tempinə nail olub. Qeyd edək ki, ötən il bu göstərici 1 milyard 474 milyon 908 min manat olub. Məcmu gəlirlərin artması həm faiz, həm də qeyri-faiz gəlirlərindəki yüksəlişlə bağlıdır. Belə ki, 2025-ci ildə bankın faiz gəlirləri 38,8% artım nümayiş etdirərək 1 milyard 180 milyon 81 min manata çatıb. 2024-cü ildə bu göstərici 850 milyon 258 min manat təşkil edib. Qeyri-faiz gəlirlərində isə 12,3% artım müşahidə olunub: 2024-cü ildə 624 milyon 651 min manat həcmində olan bu göstərici 2025-ci ildə 701 milyon 592 min manata yüksəlib.
Bankın xalis mənfəətində isə son 3 ilin ən yüksək nəticəsi qeydə alınıb. Belə ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə ölkənin birinci bankı 315 milyon manat xalis mənfəət əldə edib. Bu, bankın 2024-cü ildə qazandığı 186 milyon 501 min manat xalis mənfəətdən 68,9% daha çoxdur.
Bankın kredit portfeli 4% artaraq 5 milyard 419 milyon 985 min manata çatıb. Bu göstərici 2024-cü ildə 5 milyard 211 milyon 207 min manat təşkil edib. Artıma daha çox istehlak və biznes kreditləri səbəb olsa da, göstəricinin əsas hissəsi istehlak kreditlərinin payına düşüb.
Ötən il cəmi depozit portfeli 8 milyard 288 milyon 654 min manat təşkil edib. 2024-cü illə müqayisədə bankın depozit portfelində 7,7% azalma müşahidə olunub. 2025-ci ildə hüquqi şəxslərin depozitləri 5 milyard 151 milyon 830 min manat təşkil etdiyi halda, fiziki şəxslərin depozitləri 20,9% artaraq 3 milyard 136 milyon 823 min manata çatıb.
Həmçinin oxuyun
2025-ci ilə bankın kapitalı da 27% artıb. 2024-cü ildə bu göstərici 927 milyon 943 min manat təşkil etdiyi halda, ötən il 1 milyard 178 milyon 338 min manata çatıb. Qeyd edək ki, bankın kapitalı sistem əhəmiyyətli banklar üçün tələb olunan minimum 12,5%-lik normanı üstələyərək 14,14% təşkil edib.
2025-ci ilə ölkənin birinci bankının I dərəcəli kapitalının adekvatlıq əmsalı da yüksələrək 9,86% təşkil edib. Bu isə bankın nüfuzunu artıran və maliyyə dayanıqlılığını təmin edən əhəmiyyətli faktordur. Bu, bankın güclü maliyyə dayanıqlılığını təmin etməklə yanaşı, risklərin idarə edilməsi istiqamətində bütün müştərilər üçün mükəmməl resurslara sahib olduğunun göstəricisidir.
Ölkənin birinci bankı “Kapital Bank” PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.
00:29 / 18 Mart 2026
100
00:08 / 18 Mart 2026
154
23:57 / 17 Mart 2026
100
23:39 / 17 Mart 2026
264
23:25 / 17 Mart 2026
154
23:11 / 17 Mart 2026
239
22:53 / 17 Mart 2026
194
22:46 / 17 Mart 2026
310
22:40 / 17 Mart 2026
98
22:16 / 17 Mart 2026
141
22:13 / 17 Mart 2026
951
22:08 / 17 Mart 2026
94
21:59 / 17 Mart 2026
482
21:57 / 17 Mart 2026
234
21:47 / 17 Mart 2026
88
21:43 / 17 Mart 2026
256
21:41 / 17 Mart 2026
75
21:37 / 17 Mart 2026
89
21:31 / 17 Mart 2026
880
21:30 / 17 Mart 2026
234
21:09 / 17 Mart 2026
4974
21:09 / 17 Mart 2026
287
20:59 / 17 Mart 2026
698
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.