Ulduz falı: 24 mart, 2026-cı il
24 Mart 2026, 01:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
604
14.01.2026, 20:04
Son günlər müşahidə olunan kəskin soyuq hava şəraiti fonunda bəzi məktəblərdə dərslərin təxirə salınması məsələsi gündəmə gəlib. Maraqlıdır, bu halda itirilən dərs saatlarının şənbə günləri hesabına kompensasiya olunması mümkündürmü?
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, orta ümumtəhsil müəssisələrində tədris proqramı və dərs müddəti ilə bağlı hər hansı dəyişiklik yalnız Elm və Təhsil Nazirliyinin və müvafiq regional təhsil idarələrinin razılığı əsasında həyata keçirilə bilər.
Ekspertin sözlərinə görə, məktəblər öz təşəbbüsü ilə, hava şəraitinin kəskin soyuq olması və ya digər səbəbləri əsas gətirərək dərs vaxtlarını dəyişə bilməz:
“İstər hava şəraiti, istər yol şəraitinin buzlu olması, istərsə də hər hansı xəstəlik halları olsun, bütün bu hallarda mütləq şəkildə aidiyyəti qurumlardan rəsmi icazə alınmalıdır. Bu razılıq olmadan atılan addımlar qanunauyğun hesab edilmir.”
Həmçinin oxuyun
Ramin Nurəliyev qeyd edib ki, dərslərin şənbə gününə keçirilməsi də müəyyən çətinliklər yarada bilər:
“Məsələn, 5-ci günün dərsini şənbə gününə keçirmək istəyirlərsə, nəzərə almaq lazımdır ki, şənbə həm şagirdlər, həm də müəllimlər üçün istirahət günüdür. Tədris təqviminin özbaşına dəyişdirilməsi müəllimlərin proqramına və iş rejiminə mənfi təsir göstərə bilər. Müəllim şənbə gününü istirahət günü kimi əsas gətirərək dərsə qoşulmaya bilər.”
Ekspert vurğulayıb ki, yalnız müvafiq rəhbərliyin rəsmi qərarı və müəllimlərin əvvəlcədən məlumatlandırılması halında dərs günlərinin dəyişdirilməsi mümkündür:
“Əgər bu məsələ nazirlik və regional idarələrlə razılaşdırılarsa və məktəb rəhbərliyi tərəfindən müəllimlərə rəsmi şəkildə bildirilsə, o zaman tədris vaxtının dəyişdirilməsi hüquqi baxımdan mümkün hesab edilər.”
Beləliklə, soyuq hava şəraiti ilə əlaqədar dərslərin təxirə salınması və onların şənbə günləri ilə kompensasiya olunması yalnız rəsmi icazə və razılaşdırma əsasında həyata keçirilə bilər.
01:08 / 24 Mart 2026
123
00:34 / 24 Mart 2026
916
00:06 / 24 Mart 2026
229
00:04 / 24 Mart 2026
76
23:59 / 23 Mart 2026
204
23:46 / 23 Mart 2026
66
23:43 / 23 Mart 2026
197
23:36 / 23 Mart 2026
224
23:35 / 23 Mart 2026
96
23:17 / 23 Mart 2026
253
23:16 / 23 Mart 2026
531
23:05 / 23 Mart 2026
97
23:05 / 23 Mart 2026
221
22:56 / 23 Mart 2026
102
22:52 / 23 Mart 2026
66
22:48 / 23 Mart 2026
83
22:42 / 23 Mart 2026
84
22:41 / 23 Mart 2026
67
22:33 / 23 Mart 2026
535
22:17 / 23 Mart 2026
136
22:17 / 23 Mart 2026
245
22:02 / 23 Mart 2026
670
21:59 / 23 Mart 2026
196
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.