Oğlanlarla tutulan qızın şok əməli üzə çıxdı — GÖRÜNTÜLƏR
12 May 2026, 20:35
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1156
14.01.2026, 16:30
“Hüquqlarımı qorumalı olan vəkil məni intihar həddinə çatdırıb. Özünün yarıçılpaq, qeyri-etik fotolarını göndərir, əxlaqsız təkliflər edir”.
Oxu24.com xəbər verir ki,bu iddia ilə “Qafqazinfo”ya ixtisasca həkim olan L.Abdullayeva müraciət edib. Bakıda yaşayan şikayətçi bir müddət əvvəl dələduzluq faktı ilə üzləşdiyini və müdafiə məqsədilə vəkil Raul Ramazanovla müqavilə bağladığını deyir.
Qadının sözlərinə görə, aralarında yalnız rəsmi və məsafəli münasibət olsa da, bir müddətdən sonra vəkil tərəfindən telefonuna əxlaqsız təkliflər və qeyri-etik şəkillər göndərilib. Şikayətçi deyir ki, dəfələrlə bu barədə vəkilə xəbərdarlıq edib müqaviləni dayandıracağını desə də, vəkil onu hədələməkdən əl çəkməyib: “Ötən il iyun ayının əvvəlində vəkil Raul Ramazanovla üz-üzə görüşdük və 12 nömrəli vəkil bürosunda müqavilə bağladıq. Mən ona etibarnamə verdim ki, məhkəmədə hüquqlarımı müdafiə etsin. Bir neçə ay sonra mənə əxlaqsız təkliflər etməyə başladı. Razılaşmayanda isə istintaq prosesində mənim hüquqlarımı lazımi şəkildə qorumayacağını, işimi buracağını dedi. Mən əminəm ki, bunu da edər.
Bu qeyri-etik mesajlar, əxlaqsız təklifləri bir qadın olaraq şərəf və ləyaqətimə toxunub. Bu günə kimi Raul bəy daxil, hər kəslə rəsmiyyəti qorumuşam və buna diqqət etmişəm. Əsla belə davranışlara layiq biri deyiləm. Məcbur qalıb müqaviləni pozacağımı, yeni vəkillə müqavilə bağlayacağımı dedim. Çünki artıq onunla işləyə, göndərdiyi qeyri-etik, yarıçılpaq şəkillərini qəbul edə bilmirdim...”
Şikayətçi vəkilin ona göndərdiyini bildirdiyi fotoları da redaksiyamıza təqdim edib, lakin şəkillərin qeyri-etik olduğunu nəzərə alaraq yayımlamırıq. L.Abdullayeva problemlə bağlı aidiyyəti dövlət orqanlarına, eyni zamanda Vəkillər Kollegiyasına müraciət etdiyini əlavə edib.
İttihamlarda adı hallanan vəkil Raul Ramazanovla əlaqə saxlasaq da, o, söylənilənlərin həqiqətə uyğun olmadığını bildirərək telefonu söndürdü: “Yalandır, şər-böhtandır...”
Məsələ ilə əlaqədar Vəkillər Kollegiyasına da sorğu ünvanlanıb.
Qeyd edək ki, Vəkillər Kollegiyasının üzvü olan R.Ramazanov 8 ildir ki, vəkil olaraq fəaliyyət göstərir. O, hazırda 12 saylı Vəkil Bürosunda çalışır.
00:19 / 13 May 2026
3
00:05 / 13 May 2026
124
00:02 / 13 May 2026
68
23:59 / 12 May 2026
2071
23:54 / 12 May 2026
327
23:50 / 12 May 2026
157
23:43 / 12 May 2026
271
23:40 / 12 May 2026
63
23:31 / 12 May 2026
62
23:27 / 12 May 2026
59
23:25 / 12 May 2026
58
23:22 / 12 May 2026
74
22:47 / 12 May 2026
149
22:38 / 12 May 2026
87
22:20 / 12 May 2026
78
21:59 / 12 May 2026
89
21:54 / 12 May 2026
95
21:37 / 12 May 2026
110
21:15 / 12 May 2026
100
20:55 / 12 May 2026
89
20:44 / 12 May 2026
182
20:42 / 12 May 2026
94
20:39 / 12 May 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.