Soyuducuya maqnit yapışdıranlara CİDDİ XƏBƏRDARLIQ
06 Aprel 2026, 23:36
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
609
14.01.2026, 21:04
Axırıncı dəfə onunla illər öncə görüşmüşdük. Onda saçı qapqara, yaraşıqlı cavan idi. Dünən təsadüfən əlimə düşən bu şəklinə baxıb xeyli dəyişdiyinin şahidi oldum. Yaşı elə çox olmasa da yavaş-yavaş ahıllığa doğru yol gedir...
Sabir Abdin həmişə mənə əziz adam olub. Bildiyimə görə, doğmalığı da çatır. Onun ata nənəsi ilə mənim ata babam qan qohumu olublar. Yazılı tərcüməyi halı onu daha çox prokuror, hüquqşünas kimi təqdim etsə də, əslində o, gözəl şairdir...
... Sabir Məzlumağa oğlu Abdinov 1962-ci ilin yanvar ayının 16-da Bakı şəhərində anadan olub. 1979-cu ildə Yardımlı rayonunda orta məktəbi, 1988-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. İxtisasca hüquqşünasdır. Uzun illər prokurorluq orqanlarında çalışıb. Yardımlı rayon prokurorunun köməkçisi, Kürdəmir rayon prokurorunun köməkçisi və böyük köməkçisi, Baş prokurorluqda idarə prokuroru, Mingəçevir şəhər prokurorunun müavini, prokuror əvəzi, Füzuli rayon prokuroru, Baş prokurorluğun Müraciətlərə baxılması idarəsinin prokuroru, Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifələrində işləyib. Təqaüddə olan baş ədliyyə müşaviridir. Prokurorluq orqanlarında xidməti vəzifələrinin yerinə yetirilməsində göstərdiyi xidmətlərə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub...
Bu, onun rəsmi tərcümeyi halı idi. Amma o, uzun illərdir ki, bədii yaradıcılıqla məşğul olur. İlk şeiri 1978-ci ildə Yardımlı rayonunda çıxan "Yeni kənd" qəzetində dərc edilib. Müxtəlif illərdə şeirləri müntəzəm olaraq "Azərbaycan", "Ulduz", "Mütərcim", "Kür-Araz", "Mingəçevir leysanı", "Söz" jurnallarında, "Ədəbiyyat və incəsənət", "Ədəbiyyat naminə", "525-ci qəzet", "Ədalət", "Yeni Azərbaycan", "Kredo", "İnam" və digər qazetlərdə, habelə "Dağların söz xəzinəsi", "Poeziya günü", "Qayalardan süzülən söz” almanaxlarında dərc edilib...
Həmçinin oxuyun
Sabir Abdin bütün bunlardan əlavə "Demə, mənə heç nə demə", "Qınamasın bu yurd məni", "Mənə dəniz verin", "Sənə məktublarım", "Sizsiz, sizinlə…" kitablarının müəllifidir. Tanınmış bəstəkarlar Nadir Əzimov, Vüqar Camalzadə, Vüsal Qurbanov, Rauf Məmmədov, Sahil Əliyev və başqaları tərəfindən 100-dən çox şeirinə mahnılar bəstələnib. 2001-ci ildə bəstəkar Nadir Əzimov tərəfindən şeirlərinə yazılmış nəğmələrdən ibarət "Dünyadan böyük sevgimiz" adlı audio kaset və disk böyük tirajla müsiqisevərlərin ixtiyarına verilib. Onun sözlərinə yazılmış "Mənə dəniz verin", "Yağış istədim", "Bağışla" (ifaçı Eyyub Yaqubov), "Gəlmədin" (ifaçı Qədir Qızılsəs), "Xəbərin yox" (ifaçı Zülfiyyə Xanbabayeva), "Bilirəm, getmisən" (ifaçı Zaur Rzayev), "Yarpaq yağışı" (ifaçı İlhamə Quliyeva), "Bir gün" (ifaçı Mətanət İsgəndərli), "Bu gecə" (ifaçı Rüfət Mehdiyev), "Bu axşam" (ifaçı Emin Nəsirli) və digər mahnılar dillər əzbəridir...
Eşitdiyimə görə, Sabir hazırda Bakıda, vəkil bürolarının birində vəkil kimi çalışır. İnanıram ki, o, bu işində də ləyaqətlə xalqa xidmət edir. Bəli, Sabir alayı adamdır- xarizmatik, qürurlu, sözün deyən, ağayanə kişilərdəndir. Yanvarın 16-sı Sabir Abdinin 64 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, işində və yaradıcılığında uğurlar arzulayıram...
Hörmətlə, Elman Eldaroğlu
00:58 / 07 Aprel 2026
188
00:32 / 07 Aprel 2026
175
23:58 / 06 Aprel 2026
97
23:36 / 06 Aprel 2026
192
23:18 / 06 Aprel 2026
193
23:00 / 06 Aprel 2026
203
22:44 / 06 Aprel 2026
253
22:31 / 06 Aprel 2026
125
22:16 / 06 Aprel 2026
262
22:07 / 06 Aprel 2026
266
21:52 / 06 Aprel 2026
222
21:33 / 06 Aprel 2026
189
21:26 / 06 Aprel 2026
116
21:08 / 06 Aprel 2026
126
20:56 / 06 Aprel 2026
238
20:50 / 06 Aprel 2026
242
20:38 / 06 Aprel 2026
210
20:30 / 06 Aprel 2026
113
20:10 / 06 Aprel 2026
296
20:06 / 06 Aprel 2026
152
20:02 / 06 Aprel 2026
187
20:00 / 06 Aprel 2026
333
19:55 / 06 Aprel 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.