Tehranda hərbi obyektlərin yaxınlığında yanğın baş verib
18 Fevral 2026, 23:48
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
74
18.02.2026, 21:40
Rusiyada hakim olan raşizmin nə qədər təhlükəli olduğunu Ukraynaya qarşı 24 fevral 2022-ci ildən bəri davam edən müharibədə Rusiya ordusunun törətdiyi qətliamlar, Ukraynanın dinc şəhərlərinin bombardman edilməsi və buna rəsmi Moskvanın münasibəti çox aydın göstərir. Ukraynanın dinc şəhərlərinin bombardıman edilməsinə münasibət bildirən Rusiya prezidentinin sözçüsü Dmitri Peskov belə demişdi: “Ukrayna “Rusiyanın qanuni maraqları”nı tanısa, Moskva Ukrayna xalqının əzabına son verəcək.
Oxu24.com Bakupost.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərli qeyd edib.
“Peskovun bu açıqlaması 1940-cı il iyulun 17-də Reyxstaqda çıxışı zamanı Hitlerin Böyük Britaniyaya ünvanlanmış bədnam fikrinin rus variantıdır. Britaniyanın dinc şəhərlərinin bombardman edilməsindən danışan Hitler demişdi ki, London Almaniyanın qanuni maraqlarını tanısa, Britaniya əhalisinin iztirablarına son vermək üçün hərbi əməliyyatları dayandıracaqlar.
Peskovun açıqlamasının Hitlerin sözləri ilə birəbir üst-üstə düşməsi raşizmin faşizmlə eyni mahiyyətə malik olduğunun, eyni məntiqlə hərəkət etdiyinin sübutudur. Raşizmin məntiqinə görə, Rusiyanın Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyadakı “qanuni maraqları” bu coğrafiyadakı ölkələr və xalqların Moskvanın əsarəti altında olmasından ibarətdir”, - politoloq bildirib.
O qeyd edib ki, Rusiyanın Ukraynadakı hərbi-siyasi uğursuzluğu dərinləşdikcə, raşizm daha da quduzlaşır:
“Rusiyanın cinayətkar ordusunun Azərbaycanın Ukraynadakı səfirliyinə 3 dəfə zərbə endirməsi raşizmin daha da quduzlaşmasının nəticəsidir. Münhen Təhlükəsizlik Konfransı çərçivəsində panel müzakirələr zamanı Prezident İlham Əliyev bildirib ki, Rusiyanın Azərbaycan səfirliyinə ilk hücumundan sonra bu hadisənin təkrar olunmaması üçün Azərbaycanın diplomatik nümayəndəliklərinin - konsulluq şöbəsinin, mədəni mərkəzin, səfirliyin koordinatları Rusiya tərəfinə verilib. Ancaq buna baxmayaraq, daha iki hücum olub və aydın görünür ki, bu hücumlar bilərək edilib.
Həmçinin oxuyun
Əlbəttə, Azərbaycan tərəfinin ölkəmizin konsulluq şöbəsinin, mədəni mərkəzin, səfirliyin koordinatlarını Rusiya tərəfinə verməsindən öncə də Rusiya hərbiçiləri həmin kordinatları çox yaxşı bilirdilər. Çox güman ki, Azərbaycan tərəfi Rusiyanın cinayət məsuliyyətindən yayınmaması üçün ən kiçik bəhanəyə yer buraxmamaq üçün belə edib. Digər tərəfdən istisna deyil ki, Ukrayna tərəfi Azərbaycanın diplomatik nümayəndəliklərinə hücumun təsadüf olmadığını sübut edən texniki məlumatları da Azərbaycan tərəfinə təqdim edib. Azərbaycanın sərnişin təyyarəsinə hücumla başlayan, Azərbaycanın Ukraynadakı diplomatik nümayəndəliklərinə hücumla davam edən hadisələr raşizmin Azərbaycana qarşı hibrid müharibəsinin bir hissəsidir.
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə bəyanatla çıxış edərkən Tramp adminstrasiyasının Azərbaycanın ərazi sularının müdafiəsinə kömək etmək üçün bir neçə yeni qayıq (kater) göndərəcəyini bəyan etməsi raşizmin yeni hədəfi ilə bağlı Vaşinqtonda məlumatlar olduğunu ehtimal etməyə imkan verir. Heç şübhəsiz ki, raşizmin başqa hədəfləri də var.
Ən əsası unutmamalıyıq ki, raşizmin hibrid müharibəsi yalnız hərbi zərbələrdən ibarət deyil. Ukraynanın Rusiya işğalına qarşı heyratimiz müqaviməti göstərdi ki, raşizmin hibrid müharibəsini dövlətinin və cəmiyyətinin birgə mübarizəsi ilə dəf etmək, zərərsizləşdirmək mümkündür”.


00:32 / 19 Fevral 2026
3805
00:21 / 19 Fevral 2026
27
00:17 / 19 Fevral 2026
42
23:58 / 18 Fevral 2026
35
23:55 / 18 Fevral 2026
47
23:52 / 18 Fevral 2026
35
23:48 / 18 Fevral 2026
36
23:44 / 18 Fevral 2026
32
23:42 / 18 Fevral 2026
35
23:38 / 18 Fevral 2026
41
23:35 / 18 Fevral 2026
186
23:29 / 18 Fevral 2026
91
23:23 / 18 Fevral 2026
68
23:14 / 18 Fevral 2026
51
23:14 / 18 Fevral 2026
79
23:12 / 18 Fevral 2026
40
23:07 / 18 Fevral 2026
138
23:07 / 18 Fevral 2026
42
23:00 / 18 Fevral 2026
44
22:55 / 18 Fevral 2026
44
22:49 / 18 Fevral 2026
741
22:43 / 18 Fevral 2026
48
22:43 / 18 Fevral 2026
46
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.