EM yuxusu nədir?
13 Noyabr 2026, 23:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
826
19.02.2026, 00:21
Ramazan ayında iftar və sahurda edilən bəzi yanlış qidalanma vərdişləri infarkt riskini artıra bilər.
Həkim Gökhan Ceyhun qan şəkərinin ani yüksəlməsi və lipit profilinin pozulmasının ürək sağlamlığına mənfi təsir göstərdiyini bildirib və Ramazan ayında sağlam qidalanma ilə bağlı xüsusi məqamları açıqlayıb.
Hipertoniya, damar tıxanıqlığı və ürək çatışmazlığı olanlara duz və xolesterindən uzaq durmağı tövsiyə edən mütəxəssis orqanizmin ac qalmağa tədricən öyrəşməsinin vacibliyini vurğulayıb.
Ürək çatışmazlığı olmayan, ürək əzələsinin yığılma gücü 50-55%-dən yüksək olan şəxslərin oruc tutmasının problem yaratmayacağını bildirən Ceyhun uzun müddət ac qaldıqdan sonra iftarda yüksək kalorili və yağlı yeməklərin birdən-birə qəbulu ilə qan şəkərinin və yağ səviyyəsinin kəskin artmasının ürəyə mənfi təsir edə biləcəyini qeyd edib. O, ürək xəstələrinin orucluq dövründə yeməklərini iftar və sahur arasına yaymasının daha faydalı olacağını bildirib.
Həkim infarkt keçirən, stent qoyulan, yüksək təzyiqi olan və angioqrafiya edilən şəxslərin oruc tutub-tutmaması ilə bağlı çoxlu suallar aldıqlarını bildirib. Ürək çatışmazlığı olanların uzun müddət susuz qalmasının böyrəklərə əlavə yük gətirə biləcəyini və bu səbəbdən onların oruc tutmasının tövsiyə edilmədiyini vurğulayıb. Ancaq son bir ayda infarkt keçirməyənlərin və orqanizmini əvvəlcədən oruca hazırlayanların ac qalmasının, iftarda həddindən artıq qidalanmamasının ürək sağlamlığı baxımından daha faydalı ola biləcəyini qeyd edib.
O, Ramazan ayında infarktların əsasən iftar və sahurdan sonra baş verdiyini bildirərək, uzun müddətli aclıqdan sonra nəzarətsiz yemək vərdişlərinin qan şəkərinin və yağ səviyyələrinin ani dəyişməsinə səbəb olaraq ürək-damar xəstəlikləri üçün təhlükə yarada biləcəyini vurğulayıb. O, həm ürək xəstələrinin, həm də sağlam şəxslərin iftarda daha nəzarətli qidalanmasının və qida qəbulundan sonra fiziki aktivliyə diqqət etməsinin vacibliyini bildirib.milli.az
00:02 / 14 Noyabr 2026
1
23:58 / 13 Noyabr 2026
35
23:49 / 13 Noyabr 2026
43
23:40 / 13 Noyabr 2026
58
23:28 / 13 Noyabr 2026
61
23:22 / 13 Noyabr 2026
72
23:17 / 13 Noyabr 2026
73
23:09 / 13 Noyabr 2026
83
23:05 / 13 Noyabr 2026
80
23:02 / 13 Noyabr 2026
84
22:53 / 13 Noyabr 2026
94
22:49 / 13 Noyabr 2026
91
22:41 / 13 Noyabr 2026
89
22:36 / 13 Noyabr 2026
103
22:18 / 13 Noyabr 2026
97
22:13 / 13 Noyabr 2026
96
22:03 / 13 Noyabr 2026
543
21:43 / 13 Noyabr 2026
902
21:36 / 13 Noyabr 2026
104
21:29 / 13 Noyabr 2026
132
21:24 / 13 Noyabr 2026
270
21:03 / 13 Noyabr 2026
113
20:58 / 13 Noyabr 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.