Qaynar xətt:

(+99450) 247 90 86

Zaxarova Zelenskini canavar adlandırdı 

news/2025_05_25/zaxarova_otvet_1748194845.jpg

DÜNYA

88

31.12.2025, 16:26

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna Prezidenti Volodimir Zelenskinin artıq Qərb cəmiyyətləri üçün əvvəlki imicə malik olmadığını iddia edib.

Oxu24.com -un məlumatına görə, "Sputnik radiosu"nda çıxış edən Zaxarova deyib ki, Ukrayna lideri Qərb cəmiyyətlərinin “təpəsində nəfəs alır” və onları getdikcə daha çox qorxudur.

Onun sözlərinə görə, Qərb artıq Zelenskini “demokratiya uğrunda döyüşən” və ya “işığın müdafiəçisi” kimi görmür.

“Bəli, onlar qorxurlar və bu qorxu daha da artacaq. Çünki, obrazlı desək, özlərinin yetişdirdiyi canavar artıq ənsələrində nəfəs alır. Bunu anlamaq lazımdır, çünki o, artıq onların üzərinə qanlı tüpürcək saçır. Bu, sadəcə məcazi ifadə deyil. Məsələn, Afrika qitəsində bunun təzahürünü görmək mümkündür”,-deyə Zaxarova bildirib.

Rusiya XİN sözçüsü Qərbdən Ukraynaya ötürülən silahların “dünyanın bir çox nöqtəsinə yayıldığını” da iddia edib. Onun sözlərinə görə, Qərb ölkələri baş verənlərdən və gələcəkdə qarşılaşa biləcəkləri risklərdən nəticə çıxarmalıdır.

“Qərb ayılmalı, onlara qarşı nə edildiyini və gələcəkdə nələrin planlaşdırıldığını anlamalıdır”,-deyə Zaxarova vurğulayıb.