Putin onu görmək üçün ağlayan qızı BELƏ QARŞILADI - VİDEO
26 May 2026, 20:58
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
531
01.10.2025, 21:23
Bloomberg mənbələrə istinadən xəbər verir ki, Pentaqon ABŞ-ın İranın nüvə obyektlərinə zərbələr endirərkən ilk dəfə istifadə etdiyi 14 bunker bombasını əvəz etmək üçün 123 milyon dollar ayıracaq.
Oxu24.com xəbər verir ki, müqavilə bu sursatların orijinal istehsalçısı olan Boeing-ə veriləcək, hesabatda bildirilir.
Amerikalılar tərəfindən iyun ayında İsrailə dəstək məqsədilə Midnight Hammer əməliyyatı zamanı istifadə edilən nəhəng Penetrator sursatının çəkisi 13,6 tondan artıqdır və dünyanın ən böyük dəqiqliklə idarə olunan silahı hesab olunur.
ABŞ Hərbi Hava Qüvvələrinin məlumatına görə, o, 60 metrə qədər dərinlikdə yeraltı hədəflərə zərbə endirməyə qadirdir.
Eyni zamanda, İran raketlərinin atış məsafəsini istənilən lazımi səviyyəyə çatdırmağa hazır olduğunu bəyan edib. Reuters İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli rəsmisinə istinadən bunu ABŞ və bir sıra Avropa ölkələrinin Tehranın raket proqramını məhdudlaşdırmaq tələbləri fonunda deyib.
Onun sözlərinə görə, Qərbin təzyiqi ölkəni raket texnologiyasını aktiv şəkildə inkişaf etdirməyə sövq edən əsas amil olub. O, həmçinin qeyd edib ki, İran raketlərinin yüksək gücü və mənzili İsraillə iyun ayından bəri davam edən müharibənin 12 günə qədər qısaldılmasına imkan verib.
İsrail Hərbi Hava Qüvvələrinin İranın ölkənin qərbindəki buraxılış məntəqələrinə zərbələri endirdikdən sonra Tehran şərq rayonlarından raketlər atmağa başlayıb və bu da uçuş məsafəsinin artırılmasını zəruri edib. Əvvəllər İran raketlərinin maksimum məsafəsi təqribən 2000 kilometr idi - bu, rəsmilərin fikrincə, müdafiə və İsraildəki hədəflərin məhv edilməsi üçün kifayət idi.
İyunun 22-nə keçən gecə ABŞ Hərbi Hava Qüvvələri İranın üç nüvə obyektinə, o cümlədən uranın zənginləşdirilməsi üzrə Fordo zavoduna zərbələr endirib. ABŞ prezidenti Donald Tramp əməliyyatdan bir neçə saat sonra xalqa müraciətində hər üç obyektin tamamilə məhv edildiyini iddia etsə də, bəzi ekspertlər onun iddialarının doğruluğuna şübhə ilə yanaşıblar.
Nigar
Həmçinin oxuyun
21:13 / 26 May 2026
66
21:11 / 26 May 2026
25
21:03 / 26 May 2026
143
20:59 / 26 May 2026
43
20:58 / 26 May 2026
90
20:55 / 26 May 2026
30
20:47 / 26 May 2026
340
20:44 / 26 May 2026
48
20:37 / 26 May 2026
87
20:37 / 26 May 2026
70
20:29 / 26 May 2026
64
20:22 / 26 May 2026
183
20:17 / 26 May 2026
54
19:55 / 26 May 2026
66
19:47 / 26 May 2026
89
19:37 / 26 May 2026
81
19:29 / 26 May 2026
72
19:25 / 26 May 2026
84
19:10 / 26 May 2026
208
19:06 / 26 May 2026
127
18:59 / 26 May 2026
109
18:58 / 26 May 2026
92
18:53 / 26 May 2026
67
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.