Putin onu görmək üçün ağlayan qızı BELƏ QARŞILADI - VİDEO
26 May 2026, 20:58
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
524
01.10.2025, 21:12
Rusiyada məmur güllə yarasından ölüb.
Novosibirsk Leninski Rayon Administrasiyasının rəhbəri Aleksandr Qrib ov edərkən güllə dəyərək dünyasını dəyişib.
Oxu24.com xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin (İK) regional idarəsinə istinadən Lenta.ru məlumat yayıb.
Hadisə Novosibirsk vilayətinin Dovolenski rayonundakı meşədə baş verib. Hadisə yerində müstəntiqlər və kriminalistlər işləyir.
Mash Telegram kanalının məlumatına görə, Qrib cüyür izləyərkən dostu güllə atıb. Nəticədə məmur ölümcül yaralanıb.
Novosibirsk administrasiyasının saytının məlumatına görə, Aleksandr Vladimiroviç Qrib 1965-ci ildə anadan olub. 1985-ci ildə Kostanay İnşaat Texnikumunu və 1991-ci ildə Novosibirsk Xalq Təsərrüfatı İnstitutunu bitirib. Əmək fəaliyyətinə Novosibirsk yol tikintisi trestində “Aqropromdorstroy”da fəhlə kimi başlayıb, daha sonra şəhərdə sənaye müəssisələrində rəhbər vəzifələrdə çalışıb.
2009-2014-cü illərdə Kuzmin Novosibirsk Metallurgiya Zavodunda baş direktorun sosial məsələlər üzrə müavini vəzifəsində çalışıb. 2014-cü ildə Novosibirsk vilayəti üzrə Xüsusi Əlaqələr İdarəsinin rəis müavini olub. 2015-ci ildə Novosibirsk Leninski Rayon Administrasiyası rəhbərinin birinci müavini, 2019-cu il sentyabrın 18-də isə Rayon Administrasiyasının rəhbəri vəzifəsinə təyin edilib.
Nigar
Həmçinin oxuyun
21:13 / 26 May 2026
66
21:11 / 26 May 2026
25
21:03 / 26 May 2026
143
20:59 / 26 May 2026
43
20:58 / 26 May 2026
90
20:55 / 26 May 2026
30
20:47 / 26 May 2026
340
20:44 / 26 May 2026
48
20:37 / 26 May 2026
87
20:37 / 26 May 2026
70
20:29 / 26 May 2026
64
20:22 / 26 May 2026
183
20:17 / 26 May 2026
54
19:55 / 26 May 2026
66
19:47 / 26 May 2026
89
19:37 / 26 May 2026
81
19:29 / 26 May 2026
72
19:25 / 26 May 2026
84
19:10 / 26 May 2026
208
19:06 / 26 May 2026
127
18:59 / 26 May 2026
109
18:58 / 26 May 2026
92
18:53 / 26 May 2026
67
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.