Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərində
26 May 2026, 23:59
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
553
01.10.2025, 12:15
ABŞ-da yerləşən Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir ki, Rusiya və Belarus Polşada kritik infrastruktura qarşı xüsusi təyinatlılar tərəfindən təxribat əməliyyatları keçirə, habelə günahı Ukraynanın üzərinə yıxmaq məqsədilə yeni dron hücumları təşkil edə bilər.
Oxu24.com xəbər verir ki, hesabatda qeyd edilir ki, sentyabrın 30-da Rusiyanın Xarici Kəşfiyyat Xidməti (SVR) Moskva və Minski günahlandırmaq üçün Ukraynanın Polşanın kritik infrastrukturuna qarşı yalançı bayraq hücumu hazırladığına dair əsassız iddia irəli sürüb.
ISW qiymətləndirir ki, Kreml Polşaya qarşı potensial təxribata görə məsuliyyətdən yayınmaq üçün SVR-ə bu bəyanatı dərc etməyi tapşırmış ola bilər.
ISW analitikləri hesab edirlər ki, Rusiya kəşfiyyatı "əsassız ittihamlar və dezinformasiya yaymaq üçün müntəzəm olaraq istifadə olunur", bunun məqsədi Ukraynaya dəstəyi sarsıtmaq və NATO ölkələrinə qarşı təxribatların əsl səbəbkarlarına şübhə yaratmaqdır.
“Kreml yəqin ki, Rusiyanın özünün Polşaya və ya digər NATO ölkələrinə qarşı həyata keçirə biləcəyi gələcək hücumlarda Ukraynanı günahlandırmaq üçün informasiya şəraiti yaradır”. Eynilə, sentyabrın 26-da Moskva Kiyevi son vaxtlar Polşa və Rumıniyanın hava məkanına dronların daxil olmasında günahlandırdı, baxmayaraq ki, bu ölkələrin rəsmiləri pilotsuz təyyarələrin Rusiya mənşəli olduğunu göstərdilər”, ISW analitikləri qeyd edirlər.
Nigar
00:17 / 27 May 2026
1
00:08 / 27 May 2026
42
00:01 / 27 May 2026
49
23:59 / 26 May 2026
111
23:56 / 26 May 2026
27
23:55 / 26 May 2026
24
23:48 / 26 May 2026
232
23:47 / 26 May 2026
31
23:40 / 26 May 2026
52
23:29 / 26 May 2026
156
23:27 / 26 May 2026
161
23:22 / 26 May 2026
125
23:18 / 26 May 2026
154
23:15 / 26 May 2026
64
23:13 / 26 May 2026
126
23:02 / 26 May 2026
152
22:58 / 26 May 2026
179
22:49 / 26 May 2026
62
22:45 / 26 May 2026
529
22:41 / 26 May 2026
75
22:33 / 26 May 2026
139
22:33 / 26 May 2026
59
22:31 / 26 May 2026
216
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.