Azərbaycan Səudiyyə Ərəbistanının WUF13-də iştirakını yüksək qiymətləndirib
27 May 2026, 18:57
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
660
23.09.2025, 19:42
ABŞ Prezidenti Donald Tramp BMT Baş Məclisinin 80-ci sessiyasında çıxış edərək həm BMT-yə, həm də bir sıra ölkələrə sərt tənqidlər yönəldib. Tramp, bəzi ölkələrin Fələstini tanımasını "Həmas üçün bir mükafat" adlandırıb və BMT-ni "boş sözlər söyləməkdə" günahlandırıb.
Tramp çıxışında son yeddi ayda yeddi müharibəyə son qoyduğunu bildirib: "Bunların həll olunmayacağı deyilirdi, amma mən bitirdim. BMT isə heç bir kömək etmədi, hətta bir dəfə də mənə dəstək üçün zəng etmədilər. Savaşları həll edən boş sözlər deyil, əməllərdir."
Tramp, Qəzzədə atəşkəs üçün çalışdığını vurğulayaraq bəzi ölkələrin Fələstini tanımasına qarşı çıxıb: "Bu, Həmas üçün bir mükafatdır. Qalan 20 əsirin hamısını birlikdə geri almalıyıq."
əTramp, Rusiya-Ukrayna müharibəsinə də toxunaraq, əgər prezident o, olsaydı, bu müharibənin başlamayacağını iddia edib: "Rusiyadan neft alan ölkələr özlərinə qarşı olan savaşı maliyyələşdirirlər. NATO ölkələri dərhal Rusiyadan neft alımını dayandırmalıdır."
Tramp Avropanı miqrasiya məsələsində də kəskin tənqid edib: "Avropa böyük bir bəlanın içindədir. Qeyri-qanuni miqrantlar qitəni doldurur. Londonun çox pis meri var, şəhər artıq başqa bir ölkəyə dönüb. Almanya isə həm enerji, həm də miqrasiya siyasətində səhv yolda gedib."
Tramp, bərpa olunan enerji siyasətlərini də hədəf alıb: "Bərpa olunan enerji sadəcə bir zarafatdır. Bahalıdır, işlətmək çətindir. Külək əsəndə var, əsəndə yoxdur. Almaniya bu yolda iflas etdi. Bu yaşıl enerji dələduzluğu ölkələrinizi məhv edəcək."
Tramp çıxışının sonunda ABŞ-nin miqrasiya siyasəti ilə çoxlu insan həyatını xilas etdiyini və ölkəsində ictimai dəstəyin artdığını bildirib.
19:05 / 27 May 2026
1
18:57 / 27 May 2026
35
18:55 / 27 May 2026
30
18:47 / 27 May 2026
46
18:45 / 27 May 2026
43
18:40 / 27 May 2026
46
18:34 / 27 May 2026
48
18:26 / 27 May 2026
62
18:07 / 27 May 2026
58
17:59 / 27 May 2026
515
17:51 / 27 May 2026
86
17:42 / 27 May 2026
83
17:26 / 27 May 2026
88
17:19 / 27 May 2026
89
17:16 / 27 May 2026
108
17:14 / 27 May 2026
74
17:02 / 27 May 2026
104
17:00 / 27 May 2026
308
16:55 / 27 May 2026
79
16:45 / 27 May 2026
982
16:41 / 27 May 2026
74
16:34 / 27 May 2026
91
16:30 / 27 May 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.