Azərbaycandan Ermənistana un göndəriləcək
27 May 2026, 23:09
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
620
22.09.2025, 13:50
Fransa Qəzzada beynəlxalq sabitləşdirmə missiyasının yaradılmasını təklif edir, o, müharibədən sonra İsrail Müdafiə Qüvvələrini əvəz edəcək və Fələstinin Həmas qruplaşmasının tərksilah edilməsinə diqqət yetirəcək.
Oxu24.com xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Nəşrin yazdığına görə, təşəbbüsün əsas məqsədi iyul ayında qəbul edilmiş və iki dövlətin yaradılmasını, HƏMAS-ın tədricən tərksilah edilməsini və Qəzzada daxili təhlükəsizliyə nəzarətin mərhələli şəkildə Fələstin Muxtariyyətinə verilməsini nəzərdə tutan beynəlxalq bəyannaməni həyata keçirməkdir.
Layihədə keçid missiyasında iştirak edə biləcək ölkələrin siyahısı göstərilir: Misir, İordaniya, Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər.
Missiya BMT mandatı altında müvəqqəti olacaq və vəziyyət imkan verdiyi zaman fəaliyyətə başlayacaq.
Xatırladaq ki, iyul ayında Nyu-Yorkda Fələstin Milli Administrasiyasının iştirakı və BMT-nin himayəsi altında müvəqqəti beynəlxalq missiyanın Qəzzada yerləşdirilməsinə çağıran bəyannamə qəbul edilib.
Sənədin təşəbbüskarı Fransa və Səudiyyə Ərəbistanı olub. O, ərəb ölkələri tərəfindən dəstəkləndi və sonradan BMT Baş Assambleyasının qətnaməsində təsbit edildi.
Missiyanın yerləşdirilməsi iki mərhələdə planlaşdırılır. Atəşkəs əldə edildikdən sonra missiya Fələstin Administrasiyası və BMT agentlikləri ilə koordinasiyada atəşkəs rejiminə nəzarət edəcək, mülki insanları müdafiə edəcək, HƏMAS-ı tədricən tərksilah edəcək, humanitar yardımların və əsas xidmətlərin çatdırılmasını asanlaşdıracaq.
Ötən gün Böyük Britaniya, Avstraliya, Kanada və Portuqaliya Fələstin dövlətini tanıdıqlarını elan ediblər.
Nigar
23:30 / 27 May 2026
1
23:09 / 27 May 2026
48
23:05 / 27 May 2026
133
23:01 / 27 May 2026
55
22:43 / 27 May 2026
63
22:41 / 27 May 2026
78
22:35 / 27 May 2026
296
22:31 / 27 May 2026
66
22:25 / 27 May 2026
76
22:15 / 27 May 2026
68
22:11 / 27 May 2026
97
21:53 / 27 May 2026
569
21:23 / 27 May 2026
84
21:18 / 27 May 2026
316
21:16 / 27 May 2026
80
21:05 / 27 May 2026
563
20:53 / 27 May 2026
85
20:51 / 27 May 2026
97
20:41 / 27 May 2026
120
20:33 / 27 May 2026
817
20:29 / 27 May 2026
95
20:25 / 27 May 2026
105
20:12 / 27 May 2026
85
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.