Azərbaycandan Ermənistana un göndəriləcək
27 May 2026, 23:09
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
602
21.09.2025, 16:05
İqtisadiyyat naziri Katherina Reiche-nin sözlərinə görə, 2019-cu ildən Almaniya iqtisadiyyatı durğunluq mərhələsindədir.
Oxu24.com xəbər verir ki, Bild qəzetinə müsahibəsində o, iqtisadiyyat sektorunda ciddi vəziyyətin olduğunu etiraf edib.
"Vəziyyət ciddidir. Hazırda üç milyon işsizimiz var. 2019-cu ildən durğun mərhələdəyik", - nazir bildirib.
O, həmçinin qeyd edib ki, alman istehsalçıları əmək haqqı ilə yanaşı, yüksək enerji xərclərinə və “çox, çox yüksək” əmək xərclərinə məruz qalırlar.
Reiche hesab edir ki, Almaniya iqtisadiyyatı bərpa olunmalıdır, lakin islahatlar vaxt aparacaq.
O, həmçinin Almaniya iqtisadiyyatına sərmayə qoyuluşunun olmamasına diqqət çəkib. Onun fikrincə, bu amil yaxın 20 il və ya daha çox müddət üçün həlledici olacaq.
Əvvəllər Almaniyanın aparıcı iqtisadi tədqiqat institutları 2025-ci il üçün iqtisadi proqnozlarını aşağı salmışdılar. İndi Almaniyada ÜDM artımının bu il 0,1-0,2 faiz olacağı gözlənilir.
Üstəlik, Almaniya bu il artan inflyasiyanın qarşısını ala bilməyib. Avqust ayına bu göstərici 2,2 faizə çatıb.
Nigar
01:29 / 28 May 2026
99
00:21 / 28 May 2026
80
00:12 / 28 May 2026
66
00:08 / 28 May 2026
66
00:02 / 28 May 2026
105
23:30 / 27 May 2026
252
23:09 / 27 May 2026
68
23:05 / 27 May 2026
566
23:01 / 27 May 2026
68
22:43 / 27 May 2026
88
22:41 / 27 May 2026
114
22:35 / 27 May 2026
675
22:31 / 27 May 2026
94
22:25 / 27 May 2026
99
22:15 / 27 May 2026
84
22:11 / 27 May 2026
124
21:53 / 27 May 2026
919
21:23 / 27 May 2026
95
21:18 / 27 May 2026
384
21:16 / 27 May 2026
84
21:05 / 27 May 2026
722
20:53 / 27 May 2026
91
20:51 / 27 May 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.