Hökumət əhaliyə pul paylayır – kommunal xərclər dövlət hesabına azalacaq
28 May 2026, 10:46
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
597
19.09.2025, 18:54
Rusiyanın hərbi təyyarələri bu gün Estoniyanın hava məkanını pozub.
Oxu24.com xəbər verir ki, bu haqda “Reuters“ Avropa və NATO mənbələrinə istinadən məlumat yayıb.
Estoniya mediası Rusiyanın üç “MiQ-31” döyüş təyyarəsinin Vaindloo adası yaxınlığında Estoniya hava məkanına icazəsiz daxil olaraq orada təxminən 12 dəqiqə qaldığına dair xəbər yayıb.
Məlumata görə, təyyarələrin uçuş planı olmayıb və transponderləri söndürülüb. Pozuntu zamanı Estoniyanın hava nəzarəti ilə ikitərəfli radio əlaqəsi də olmayıb.
Estoniya Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkilini hava məkanının pozulması ilə bağlı etiraz bildirmək və diplomatik nota təqdim etmək üçün çağırıb.
“Rusiya bu il Estoniya hava məkanını artıq dörd dəfə pozub, bu isə özü-özlüyündə qəbuledilməzdir. Lakin bu gün baş verən, üç döyüş təyyarəsinin hava məkanımıza daxil olması misilsiz dərəcədə sərt pozuntudur”, - xarici işlər naziri Margus Tsahkna bildirib.
Tsahkna əlavə edib ki, “Rusiyanın sərhədləri sınamaq cəhdlərinin artması və artan aqressiyası siyasi və iqtisadi təzyiqlərin sürətlə artırılması ilə qarşılanmalıdır”.
"Politico"nun məlumatına görə, Rusiya "MiQ"-ləri Estoniyanın paytaxtı Tallinə qədər gəlib çatıb.
NATO Rusiya təyyarələrini geri qaytarmaq üçün İtaliyaya məxsus F-35-ləri havaya qaldırıb.
11:43 / 28 May 2026
8
11:29 / 28 May 2026
45
11:27 / 28 May 2026
66
11:23 / 28 May 2026
35
11:11 / 28 May 2026
46
11:03 / 28 May 2026
71
11:02 / 28 May 2026
60
10:51 / 28 May 2026
432
10:46 / 28 May 2026
78
10:41 / 28 May 2026
73
10:32 / 28 May 2026
317
10:20 / 28 May 2026
66
10:15 / 28 May 2026
148
10:14 / 28 May 2026
64
09:59 / 28 May 2026
67
09:52 / 28 May 2026
85
09:42 / 28 May 2026
296
09:39 / 28 May 2026
85
09:22 / 28 May 2026
68
09:20 / 28 May 2026
101
09:14 / 28 May 2026
117
09:12 / 28 May 2026
69
09:10 / 28 May 2026
79
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.