SEPAH: Son sutkada Hörmüz boğazından 26 gəmi keçib
28 May 2026, 16:29
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
580
18.09.2025, 11:22
Slovakiya və Macarıstan açıq şəkildə bəyan ediblər ki, Avropa İttifaqı onlara alternativ mənbələr təqdim edənə qədər Rusiyadan enerji idxalını azaltmaq niyyətində deyillər.
Oxu24.com xəbər verir ki, “Bloomberg” bu barədə iki ölkə nazirlərinin bəyanatlarına istinadən məlumat yayıb.
Slovakiyanın İqtisadiyyat naziri Denisa Sakova açıq şəkildə bəyan edib: "Biz bu cür öhdəlikləri tam şəkildə öz öhdəmizə götürməzdən əvvəl lazımi şərait yaratmalıyıq. Əks halda, sənayeyə və iqtisadiyyata ciddi ziyan vurmaq riskimiz var".
O əlavə edib ki, ilk növbədə alternativ marşrutlar üçün infrastruktur yaradılmalıdır.
Sakova bildirib ki, o, bu mövqeyi Vyanada ABŞ-ın energetika naziri Kris Raytla müzakirə edib.
Onun sözlərinə görə, Amerika tərəfi başa düşüb və etiraf edib ki, ABŞ Avropada enerji layihələrini daha fəal dəstəkləməlidir.
Macarıstanın baş nazirinin aparat rəhbəri Gergely Qulyás da oxşar mövqeni səsləndirib: Budapeşt Aİ-nin ölkənin enerji təhlükəsizliyini təhdid edə biləcək hər hansı təşəbbüslərini rədd edəcək.
Xatırladaq ki, Macarıstan və Slovakiya son vaxtlar dəfələrlə hücuma məruz qalan “Drujba” kəməri ilə Rusiya neftini almağa davam edir. Hətta Bratislava və Budapeşt bununla bağlı Avropa Komissiyasına şikayət edib.
Bu arada Donald Tramp artıq Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməklə hədələyib, ancaq bütün NATO ölkələri eyni vaxtda Rusiya neftinin alınmasını dayandırsa.
Nigar
16:59 / 28 May 2026
1
16:42 / 28 May 2026
50
16:29 / 28 May 2026
50
16:15 / 28 May 2026
60
16:01 / 28 May 2026
59
15:46 / 28 May 2026
123
15:33 / 28 May 2026
65
15:29 / 28 May 2026
76
15:28 / 28 May 2026
69
15:17 / 28 May 2026
75
15:15 / 28 May 2026
173
15:08 / 28 May 2026
89
14:59 / 28 May 2026
138
14:47 / 28 May 2026
83
14:40 / 28 May 2026
337
14:39 / 28 May 2026
90
14:32 / 28 May 2026
674
14:27 / 28 May 2026
74
14:27 / 28 May 2026
73
13:59 / 28 May 2026
421
13:54 / 28 May 2026
431
13:51 / 28 May 2026
187
13:41 / 28 May 2026
123
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.