SEPAH: İran ordusu ABŞ ilə İsrailin istənilən hücumuna hazırdır
28 May 2026, 19:38
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
561
17.09.2025, 15:16
Qazaxıstanın "KazMunayQaz" milli şirkəti Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft ixracını bərpa edib.
Oxu24.com xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.
“Sentyabrın 13-də Aktau limanından Bakı-Tbilisi-Ceyhan istiqamətində 8,8 min ton “Kaşaqan” nefti yola salınıb, növbəti daşınma sentyabrın 20-nə planlaşdırılır”, - məlumatda deyilir.
Xatırladaq ki, Qazaxıstan neftinin bu marşrutla nəqli avqust ayında Azərbaycan neftinin ayrı-ayrı partiyalarında üzvi xloridlərin izləri aşkar edildikdən sonra dayandırılmışdı.
“SP Global Commodities at Sea” şirkətinin məlumatına görə, “Azeri Light” brendinin çirklənməsi Aralıq dənizi ixrac sisteminin işini pozub və bu, Qazaxıstan və Türkmənistandan 1800 kilometrlik BTC vasitəsilə tədarükləri çətinləşdirib.
Qazaxıstan daha çox Rusiyanın cənubundan keçən sutkada 1,8 milyon barel gücündə Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) marşrutundan istifadə etməyə məcbur olub.
Adətən Xəzər vasitəsilə Bakıya tədarük Qazaxıstanın ən böyük yataqlarından - Tengiz və Kaşaqandan gəlir.
Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan neft və “Şahdəniz” yatağından kondensat, həmçinin Azərbaycan Dövlət Neft Şirkətinin nefti vurulur. Boru kəməri həmçinin Xəzər regionunun bir sıra digər ölkələrindən də neft nəql edir. BTC-nin gücü ildə 50 milyon tondan artıq neftdir.
Nigar
20:20 / 28 May 2026
7
20:12 / 28 May 2026
28
19:59 / 28 May 2026
77
19:38 / 28 May 2026
50
18:16 / 28 May 2026
90
18:03 / 28 May 2026
103
17:57 / 28 May 2026
88
17:43 / 28 May 2026
349
17:39 / 28 May 2026
100
17:32 / 28 May 2026
81
17:16 / 28 May 2026
154
17:15 / 28 May 2026
395
16:59 / 28 May 2026
142
16:42 / 28 May 2026
109
16:29 / 28 May 2026
105
16:01 / 28 May 2026
105
15:46 / 28 May 2026
213
15:33 / 28 May 2026
91
15:29 / 28 May 2026
107
15:28 / 28 May 2026
97
15:17 / 28 May 2026
104
15:15 / 28 May 2026
387
15:08 / 28 May 2026
131
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.