Bu ölkələr hantavirusa qarşı preparat alacaq
28 May 2026, 21:51
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
551
16.09.2025, 19:24
Oskar Piastri Bakı Qran-prisini ən sevdiyi yarışlardan biri hesab edir.
Oxu24.com xarici mətbuata istinadən xəbər verir ki, "McLaren" komandasının avstraliyalı pilotu Oskar Piastri Bakı şəhər trasında keçirilən yarışı "Formula 1" mövsümündə ən çox sevdiyi mərhələlərdən biri kimi qiymətləndirib.
"Bakı mənim üçün çox dəyərli xatirələrlə doludur. Bu yarışı ən sevdiyimlər sırasına daxil edirəm. Hər hansı bir trasda böyük uğur əldə etmisənsə, ora qayıdarkən əlavə motivasiya və üstünlük hiss edirsən", - deyə 24 yaşlı pilot Azərbaycan Qran-prisi öncəsi bildirib.
Hazırda "Formula 1"in ən perspektivli gənc pilotlarından biri kimi tanınan Piastri, qarşıdan gələn yarışda da yüksək nəticə qazanmaq niyyətindədir. O, Bakıda ardıcıl ikinci qələbəni hədəflədiyini gizlətmir.
Xatırladaq ki, 2024-cü ildə keçirilən Azərbaycan Qran-prisində Piastri qalib adını qazanmışdı. Yarışda ikinci yeri "Ferrari" pilotu, monakolu Şarl Lekler, üçüncü yeri isə "Mercedes" sürücüsü, britaniyalı Corc Rassel tutmuşdu.
Qeyd edək ki, 2025-ci il Azərbaycan Qran-prisi sentyabrın 19-dan 21-dək keçiriləcək.Milli.Az
22:12 / 28 May 2026
14
22:00 / 28 May 2026
28
21:53 / 28 May 2026
45
21:51 / 28 May 2026
41
21:42 / 28 May 2026
82
21:38 / 28 May 2026
55
21:35 / 28 May 2026
99
21:07 / 28 May 2026
441
21:05 / 28 May 2026
103
20:48 / 28 May 2026
146
20:48 / 28 May 2026
454
20:45 / 28 May 2026
96
20:43 / 28 May 2026
64
20:41 / 28 May 2026
72
20:38 / 28 May 2026
72
20:30 / 28 May 2026
205
20:28 / 28 May 2026
237
20:20 / 28 May 2026
80
20:12 / 28 May 2026
66
19:59 / 28 May 2026
148
19:38 / 28 May 2026
86
18:16 / 28 May 2026
113
18:03 / 28 May 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.