Tramp İrana sərt xəbərdarlıq edib
17 Noyabr 2026, 15:43
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
709
28.07.2025, 16:57
Yaponiya qadınların silahlı qüvvələrə cəlb edilməsinə qoyulan qadağanı aradan qaldırıb.
Oxu24.com “Kyodo” agentliyinə istinadən xəbər verir ki, Yaponiyanın Müdafiə Nazirliyi qadınların avqustun 1-dən etibarən özünü müdafiə bölmələrində xidmət etməsinə icazə verib. Yeni qərarla qadınlar bioloji və kimyəvi maddələrlə çirklənmiş ərazilərin zərərsizləşdirməsi üçün müdafiə bölmələrində xidmət edə biləcəklər.
Qeyd edək ki, Yaponiya 2011-ci ildə “Fukusima-1” AES-də baş vermiş qəza zamanı kadr çatışmazlığı səbəbindən zərərsizləşdirmə işlərinin aparılmasında çətinliklərlə üzləşib. Hökumət qadınların bu işə cəlb olunması ilə problemin aradan qalxacağını güman edir.
Məlumat üçün bildirək ki, əvvəllər Yaponiyada qadın hərbi qulluqçular fiziki cəhətdən güc tələb olunan vəzifələrdən kənarlaşdırılırdı. 1993-cü ildən başlayaraq Müdafiə Nazirliyi orduda gender bərabərliyini təmin etməyə başlayıb. Ölkədə 2015-ci ildən qadınlara döyüş və kəşfiyyat təyyarələrini idarə etməyə icazə verilib. 2018-ci ildən isə qadınlara Dəniz Özünümüdafiə Qüvvələrində sualtı qayıq ekipajlarına qoşulmaq imkanı yaradılıb.
16:34 / 17 Noyabr 2026
1
16:29 / 17 Noyabr 2026
28
16:21 / 17 Noyabr 2026
44
16:12 / 17 Noyabr 2026
55
15:57 / 17 Noyabr 2026
68
15:43 / 17 Noyabr 2026
75
15:12 / 17 Noyabr 2026
96
15:07 / 17 Noyabr 2026
83
14:52 / 17 Noyabr 2026
87
14:35 / 17 Noyabr 2026
94
14:15 / 17 Noyabr 2026
89
14:02 / 17 Noyabr 2026
99
13:57 / 17 Noyabr 2026
112
13:45 / 17 Noyabr 2026
113
13:24 / 17 Noyabr 2026
125
13:22 / 17 Noyabr 2026
154
12:58 / 17 Noyabr 2026
154
12:55 / 17 Noyabr 2026
155
12:43 / 17 Noyabr 2026
153
12:25 / 17 Noyabr 2026
146
12:05 / 17 Noyabr 2026
803
11:58 / 17 Noyabr 2026
135
11:56 / 17 Noyabr 2026
409
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.