Qaynar xətt:

(+99450) 247 90 86

Tramp Rusiya haqda nə düşünür?

news/2025_07_25/putin_tramp_1753425626.jpg

DÜNYA

482

25.07.2025, 10:38

L'Express qəzeti yazır ki, ABŞ prezidenti Donald Tramp Rusiyaya verdiyi 50 günlük ultimatum müddəti bitdikdən sonra Moskvaya qarşı sanksiyalar tətbiq etməyəcək.

Oxu24.com   xəbər  verir    ki, qəzet yazır: “İnsan qorxa bilər ki, onun təqdim etdiyi əlli günlük ultimatumun ardınca etdiyi xəbərdarlıqların əksinə olaraq heç bir real sanksiyalar tətbiq olunmayacaq”.

İyulun 14-də Ağ Evin rəhbəri 50 gün ərzində danışıqlar prosesində irəliləyiş əldə olunmayacağı təqdirdə Rusiya və onun ticarət tərəfdaşlarına 100% ikinci dərəcəli tariflər tətbiq edəcəyi ilə hədələyib.

O, həmçinin bildirib ki, ABŞ Ukraynaya silah tədarükünü bərpa edəcək.

Eyni zamanda Tramp Çinə potensial səfər çərçivəsində Putinlə danışıqlara icazə verib.

İyulun 18-də “The Times” mənbələrə istinadən yazıb ki, Tramp, Putin və Si Cinpin sentyabrın əvvəlində Çində görüş keçirə bilərlər. Nəşrin materialına görə, Amerika lideri Vaşinqton və Pekin arasında bir sıra ticarət sazişləri bağlandıqdan sonra sentyabrda keçiriləcək sammit çərçivəsində ÇXR sədri və Rusiya prezidenti ilə görüşə dəvət oluna bilər. The Times qeyd edir ki, onlar Trampın Çinə qarşı düşmənçilik dərəcəsini azaldıblar.

Bundan əvvəl NATO Rusiya və Çinlə münaqişənin başlamasının potensial tarixini açıqlamışdı.

Miri