Qaynar xətt:

(+99450) 247 90 86

“Görəsən, həyatda qala biləcəm?...” - Lukaşenko

2024/12/23/1734946823_lukashenko.jpg

DÜNYA

522

25.07.2025, 09:40

Belarus Prezidenti Aleksandr Lukaşenko Estoniya tərəfindən onun ölkəyə girişini qadağan edən sanksiyalara ironik reaksiya verib.

Oxu24.com TASS-a istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Natalya Eysmont məlumat verib.

“Prezidentin bugünkü “səs-küylü” xəbərə münasibətindən danışa bilərəm. Prezident sözbəsöz bunu dedi: “Heç vaxt, “təəssüf ki”, Estoniyada olmamışam... Və sanksiyaların tətbiqindən sonra fikirləşirəm - görəsən, həyatda qala biləcəm?” - deyə Eysmont bildirib.

Qeyd edək ki, Estoniya hökuməti Belarusun 273 vətəndaşının, o cümlədən Prezident Aleksandr Lukaşenkonun ölkəyə girişinə həmişəlik qadağa qoyulması barədə qərar qəbul edib.