Qaynar xətt:

(+99450) 247 90 86

Trampın adı Epstein fayllarında tapılıb

news/2025_07_24/tramp_1753343409.jpg

DÜNYA

454

24.07.2025, 11:47

ABŞ prezidenti Donald Trampın adı maliyyəçi Cefri Epşteynin işi ilə bağlı materiallarda bir neçə dəfə keçir.

Oxu24.com  xəbər  verir    ki, The Wall Street Journal (WSJ) administrasiyadakı mənbələrə istinadən xəbər verir ki, bu barədə Trampa may ayında Ədliyyə Nazirliyinin rəsmiləri məlumat veriblər.

“May ayında [ABŞ-ın baş prokuroru Pam] Bondi və onun müavini Ağ Evdəki görüşdə prezidentə onun adının Epşteyn dosyesində olduğunu deyiblər”, - məlumatda deyilir.

Sənədlərdə “bir çox başqa məşhurların” yüzlərlə adının tapıldığı da bildirilir. Eyni zamanda, məqalə müəllifləri qeyd edirlər ki, dosyelərdə qeyd olunanlar qanun pozuntusuna dəlil deyil.

"Bu, The Wall Street Journal-dakı əvvəlki məqalə kimi başqa bir saxta xəbərdir", - Ağ Ev nəşrin yazdığı məlumata cavabında  bildirib.

Bundan əvvəl “The New York Times” azyaşlıların cinsi istismarında ittiham olunan Tramp və Epşteynin 15 ildir yaxın dost olduqlarını və müntəzəm olaraq birlikdə vaxt keçirdiklərini yazıb.

Miri