Qaynar xətt:

(+99450) 247 90 86

Daha bir ölkə Rusiyaya "yox" dedi 

DÜNYA

395

23.07.2025, 13:30

İspaniyanın viza mərkəzi iyulun 23-dən Rusiyadan olan ərizəçilərin beş illik pasportlarının qəbulunu dayandırıb.

Oxu24.com   xəbər  verir   ki,bu barədə TourDom portalı BLS Spain Russia şirkətinə istinadən məlumat yayıb.

Bildirilir ki, hələlik yenilik yalnız Sankt-Peterburqda qüvvədədir.

Viza mərkəzinin qaynar xətti İspaniyanın Baş Konsulluğundakı məhdudiyyətlərin səbəbinin açıqlanmadığını bildirib.

Bu tədbirin müvəqqəti və ya daimi olduğu da hələlik məlum deyil.

Bundan əvvəl daha iki Avropa ölkəsi - Litva və Latviya rusların 5 illik pasportlarının tanınmasını dayandırıb.

Yeni qaydalar 2025-ci il iyunun 1-dən qüvvəyə minib.

Miri