Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya-Ukrayna müharibəsində dəyişiklik ola bilər: Zelenski 14 nəfərlik heyətlə danışığa gedir 

DÜNYA

399

23.07.2025, 11:02

Ukrayna Prezidenti Vladimir Zelenski İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarının üçüncü raundunda iştirak edəcək Ukrayna nümayəndə heyətinin tərkibini genişləndirib.

Oxu24.com   xəbər  verir    ki, müvafiq sərəncam onun ofisinin saytında dərc olunub.

Zelenski ombudsmanın nümayəndəsini və Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının daha bir nümayəndəsini nümayəndə heyətinə əlavə edib.

İndi Ukrayna nümayəndə heyəti 14 nəfərdən ibarətdir.

İyulun 19-da Zelenski bildirib ki, ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov Rusiya Federasiyasına gələn həftə danışıqların yeni raundunun keçirilməsini təklif edib. Ukrayna lideri vurğulayıb ki, danışıqların dinamikası artırılmalı və atəşkəsi dayandırmaq üçün hər şey edilməlidir.

Zelenski həmçinin əlavə edib ki, əldə olunan razılaşmalar liderlər səviyyəsində görüşlə möhkəmləndirilməlidir. Onun sözlərinə görə, Ukrayna belə görüşə hazırdır.

Rusiya danışıqlar qrupundakı mənbə Kiyevin həqiqətən də danışıqların növbəti raundunun keçirilməsini təklif etdiyini təsdiqləyib. Mənbə başqa təfərrüatları açıqlamayıb.

Bundan əvvəl Kreml Zelenskinin Putinlə görüşə hazır olması ilə bağlı bəyanatını dəyərləndirib.

Nigar