Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyada vəzifəli şəxslərin həbsi başlayıb 

DÜNYA

396

23.07.2025, 10:37

Çelyabinskdə regional əmlak naziri Eldar Belousov və Çelyabinsk vilayətinin qubernatoru və hökumətinin işləri üzrə meneceri Roman Menjinski saxlanılıb.

Bundan başqa, Çelyabinsk vilayətinin keçmiş vitse-qubernatoru Aleksandra Boqaşov Moskvada saxlanılıb.

Oxu24.com  xəbər verir    ki,  bu  barədə  URA.RU  məlumat yayıb.

Nəşrin məlumatına görə, saxlanılma FSB və İstintaq Komitəsinin əməkdaşları tərəfindən həyata keçirilib.

URA.RU-nun yazdığı kimi, cinayət işi Sosnovski rayonunda sağlamlıq komplekslərindən birinin tikilib istifadəyə verilməsindən gedir.

Boqaşov, Menjinski və Belousovun prosessual statusları məlum deyil - hazırda istintaq tədbirləri davam etdirilir. Saxlanılanlar barədə hələlik rəsmi məlumat yoxdur.

Miri