Qaynar xətt:

(+99450) 247 90 86

Britaniya İsraili yeni sanksiyalarla hədələyir

DÜNYA

394

22.07.2025, 16:20

Böyük Britaniyanın Xarici İşlər Naziri David Lemmy, "Qəzzadakı iztirablara" görə Britaniya İsrailə qarşı yeni sanksiyalar tətbiq edə bilər.

Oxu24.com  "Politico"ya istinadən  xəbər verir ki, nazirin şərhi Britaniyanın 28 ölkənin Qəzzada humanitar vəziyyəti pisləyən və İsraili mülki şəxslərə kömək etməkdən imtina etməkdə günahlandıran bəyanatı imzalamasından sonra gəlib.

Avstraliya, Kanada, Fransa və digər ölkələrin imzaladığı bəyanatda İsrailin yardım modelinin “təhlükəli olduğu, qeyri-sabitliyi alovlandırdığı və qəzzalıları insan ləyaqətindən məhrum etdiyi” vurğulanıb.

Fələstinlilərin humanitar şəhərə köçürülməsi təklifi “tamamilə qəbuledilməz” və “beynəlxalq humanitar hüququn pozulması” adlandırılıb. İsrail bu bəyanatı “reallıqdan kənar” adlandırıb.

Lemmy xatırladıb ki, Britaniya artıq milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Bezalel Smotriçə qarşı sanksiyalar tətbiq edib, ticarət danışıqlarını dayandırıb və İsrailə bəzi silah satışını dayandırıb.

"Bu müharibənin və təbii ki, Qəzzada gördüyümüz iztirabların sonunu görməsək, yaxın günlərdə daha çox şeyə (tədbirlərə) baxacağıq... Gündə ehtiyac duyulan 700, 800 yük maşınının sayını 40-dan aşağı sala bilməzsiniz və sərfəli qidaya böyük tələbat gözləmirsiniz", - nazir bildirib.

Nigar