Qaynar xətt:

(+99450) 247 90 86

Lavrov təhdid etdi 

DÜNYA

414

22.07.2025, 15:55

OXU24.COM  xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa İttifaqının (Aİ) Ukraynanı Rusiya ərazisində terror aktları törətməyə təşviq etməsinə Moskvadan adekvat cavab veriləcəyini bildirib.

"Kiyev rejiminin təxribatları davam etdirməyə davamlı təhrikləri (...) — bu hərəkətlər dayanmır. Təbii ki, onlar layiqli cavab alacaqlar", - diplomat bildirib.

O, əmin olduğunu bildirib ki, Brüssel Ukraynanın təxribatlarının köməyi ilə Rusiyanın ən mühüm xarici siyasət məqsədlərinə çatmasına mane ola bilməyəcək.

Mətbuat konfransı zamanı Lavrov ABŞ prezidenti Donald Trampı da tərifləyib. Diplomat ümid etdiyini bildirib ki, Amerika liderinin ağlabatan yanaşması və Rusiya ilə dialoqa hazır olması Avropa ölkələrinə təsirsiz ötüşməyəcək.

Miri