Qaynar xətt:

(+99450) 247 90 86

Lavrova qardaşım dedi

DÜNYA

401

22.07.2025, 15:20

Mozambikin xarici işlər naziri Maria Manuela dos Santos Lukas Rusiyanın xarici işlər naziri Sergey Lavrovu böyük qardaşı adlandırdığını etiraf edib.

Oxu24.com  xəbər verir ki, o, bu barədə Moskvada danışıqlar zamanı bildirib.

"Afrikada mən sizi (Lavrov. — Oxu24.com ) böyük qardaşım adlandırıram. Ona görə də, cənab xarici işlər naziri, böyük qardaşım, mən ilk növbədə bu gözəl şəhərə qayıtdığım üçün sizə təşəkkür etmək istəyirəm", - Lukas bildirib.

O, Moskvanı çox gözəl və müasir şəhər adlandırıb və əlavə edib ki, həmişə hamıya ora getməyi tövsiyə edir.

İyulun 22-də Moskvada Rusiya və Mozambik xarici işlər nazirləri arasında danışıqlar keçirilir.

Həmin görüşdə Maria Manuela dos Santos Lukas 1975-ci il iyunun 25-də ölkədə elan edilmiş müstəqillik uğrunda mübarizədə Mozambikə verdiyi dəstəyə görə Rusiyaya təşəkkürünü bildirib, Rusiya Federasiyasının respublikanın hər zaman yanında olduğunu və ona dəstək verdiyini xatırladıb. Diplomatik idarə rəisinin sözlərinə görə, Mozambikdə həmişə ruslar olub: həkimlər, əsgərlər, hərbi təlimatçılar və geoloqlar.

Miri