Qaynar xətt:

(+99450) 247 90 86

Şahzadə Harri və Uilyamın 20 yaşlı qohumu ölü tapılıb

DÜNYA

398

22.07.2025, 11:40

Şahzadə Harri və Uilyamın əmisi qızı Rozi Roş 20 yaşında vəfat edib.

Oxu24.com  xəbər  verir   ki,  bu barədə “The Sun” məlumat yayıb.

Şahzadə Diananın qardaşı qızı  iyulun 14-də Nortondakı evində ölü tapılıb. Onun  cəsədini anası və bacısı aşkar edib. Bildirilir ki, Rozi Roş dostları ilə səyahətə çıxmağı planlaşdırırdı.

Jurnalistlərin məlumatına görə, şahzadə Harri və Uilyamın əmisi qızının  yanında odlu silah olub. İstintaq təcridxanada başlayıb, lakin sonradan oktyabrın 25-nə təxirə salınıb. Polisin zorakı ölüm versiyasını istisna etdiyi qeyd olunur.

Rozinin ailəsi və Böyük Britaniya kralı III Çarlzın böyük oğlunun nümayəndəsi şərh verməkdən imtina ediblər.

Miri