Qaynar xətt:

(+99450) 247 90 86

İran uranın zənginləşdirilməsi prosesini dayandırdı

DÜNYA

305

22.07.2025, 09:55

“İranda uranın zənginləşdirilməsi prosesi müvəqqəti dayandırılıb”.

Oxu24.com  xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi “Fox News”a müsahibəsində bildirib.

Nazir deyib ki, İran bu addımı ABŞ-nin hava hücumlarından sonra atmaq məcburiyyətində qalıb:

“Hazırda zənginləşdirmə dayandırılıb,çünki dağıntılar çox ciddi və ağırdır. Amma prosesi tamamilə dayandıra bilmərik. Bu, alimlərimizin uğurudur və bundan sonra milli qürur məsələsinə çevrilib”.