Qaynar xətt:

(+99450) 247 90 86

Putin fərman imzaladı

DÜNYA

409

21.07.2025, 16:12

Rusiya prezidenti Vladimir Putin xarici gəmilərin Rusiya dəniz limanlarına daxil olması qaydalarını sərtləşdirən fərman imzalayıb.

Oxu24.com  xəbər verir  ki, sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.

Fərmana əsasən, artıq xarici limanlardan gələn gəmilər Rusiya dəniz limanlarına yalnız Federal Təhlükəsizlik Xidmətinin rəsmisi ilə razılaşdırılmış liman kapitanının icazəsi ilə daxil ola biləcək. Fərman 30 yanvar 2002-ci il tarixli "Hərbi vəziyyət haqqında" federal qanuna uyğun olaraq qəbul edilmişdir.

Sənəd dərc edildiyi andan - 2025-ci il iyulun 21-dən qüvvəyə minib.FSB-yə bu cür icazələri təsdiq etmək səlahiyyəti olan vəzifəli şəxsləri müəyyən etmək, hökumətə isə yeni qaydaların tətbiqini təmin etmək tapşırılıb.

Fərman imzalanana qədər xarici gəmilərin ölkəyə girişi qaydası Nəqliyyat Nazirliyinin əmri ilə tənzimlənirdi. Burada xüsusi rejim yalnız dəniz bazalarının suları ilə həmsərhəd olan limanlarda tətbiq edilirdi.

Nigar