Ukraynalı parlamentarilər Azərbaycana səfər edib
19 Noyabr 2026, 14:26
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
368
20.03.2025, 12:10
Türkiyədə İstanbul meri Əkrəm İmamoğlunun saxlanılmasından sonra sosial şəbəkələrdə təxribat xarakterli yazılar dərc etməkdə şübhəli bilinən 37 nəfər həbs edilib.
Oxu24.com xəbər verir ki,bu barədə ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri Əli Yerlikaya X sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Sosial şəbəkələrdə təxribat xarakterli yazılar aşkarlanıb. Müəyyən edilmiş 261 şübhəlidən 37-si həbs edilib”, - məlumatda deyilir.
Martın 19-da Türkiyə polisi antikorrupsiya araşdırması çərçivəsində İmamoğlunu saxlayıb. NTV-nin məlumatına görə, hüquq-mühafizə orqanları məmurun İstanbulun şimalındakı Sarıyer rayonundakı evində axtarışa başlayıb.
Protokol çərçivəsində İmamoğlu əvvəlcə tibbi müayinəyə aparılıb. CNN Türk xəbər verir ki, daha sonra bələdiyyə sədri məhkəməyə aparılıb.
İstanbul meri yerli hüquq-mühafizə orqanlarının keçirdiyi genişmiqyaslı əməliyyat çərçivəsində saxlanılıb. Merin həbsi üçün order verilib.
Əkrəm İmamoğlu müxalif fikirləri ilə tanınır və 2027-ci ildə baş tuta biləcək mümkün növbədənkənar prezident seçkilərində Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın əsas rəqibi hesab olunur. İstanbul Universiteti bir müddət əvvəl Baş Prokurorluğun müraciətindən sonra İmamoğlunun diplomunu ləğv edib.
Bundan əvvəl Türkiyə İstanbul merinin həbsindən sonra bir neçə sosial şəbəkəyə girişi məhdudlaşdırmışdı.
Miri
15:56 / 19 Noyabr 2026
9
15:54 / 19 Noyabr 2026
16
15:47 / 19 Noyabr 2026
68
15:45 / 19 Noyabr 2026
19
15:41 / 19 Noyabr 2026
46
15:33 / 19 Noyabr 2026
303
15:31 / 19 Noyabr 2026
53
15:27 / 19 Noyabr 2026
51
15:11 / 19 Noyabr 2026
59
15:11 / 19 Noyabr 2026
89
15:01 / 19 Noyabr 2026
72
14:45 / 19 Noyabr 2026
94
14:32 / 19 Noyabr 2026
94
14:26 / 19 Noyabr 2026
120
14:15 / 19 Noyabr 2026
97
14:11 / 19 Noyabr 2026
93
14:03 / 19 Noyabr 2026
113
13:53 / 19 Noyabr 2026
120
13:47 / 19 Noyabr 2026
101
13:43 / 19 Noyabr 2026
115
13:38 / 19 Noyabr 2026
112
13:34 / 19 Noyabr 2026
116
13:28 / 19 Noyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.