Uşakov: Putin, Tramp və Si Cinpinin görüşü yaxşı ab-havada keçib
19 Noyabr 2026, 15:01
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
57
19.11.2026, 15:11
Noyabrın 20-də Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin ildönümü qeyd olunur. İşğalçı Ermənistan Silahlı Qüvvələrinin Ağdamı tərk etməsi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq qələbəsi nəticəsində mümkün oldu. Bir güllə belə atılmadan, siyasi-diplomatik yolla düşmənin rayonu təhvil verməyə məcbur edilməsi Azərbaycanın hərb meydanında qazandığı zəfərin məntiqi davamı idi.
Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov Oxu24.com-a açıqlamasında bildirib.
Deputatın sözlərinə görə, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 10-da imzaladığı Qarabağ üzrə üçtərəfli bəyanata əsasən Ağdam rayonu 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasına təhvil verildi. 2020-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Ağdam şəhərinə səfər etdilər. Prezident İlham Əliyev Ağdam şəhərində Azərbaycan bayrağını qaldırdı və cümə məscidini ziyarət edərək ora Məkkədən gətirdiyi Qurani-Kərimi bağışladı.Ağdam 1993-cü ilin 23 iyul tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğaldan əvvəl Ağdamda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı fəaliyyət göstərirdi. Onların hamısı ermənilər tərəfindən vəhşicəsinə dağıdılmışdır. İşğal dövründə şəhər o qədər viran qoyulmuşdu ki, xarici jurnalistlər və ekspertlər Ağdamı haqlı olaraq "Qafqazın Xirosiması" adlandırırdılar. Dünyada yeganə olan Çörək Muzeyi, Pənahəli xanın imarəti, İmarət kompleksi, Şahbulaq qalası, məscidlər və qəbiristanlıqlar vandalizmə məruz qalmışdı.
Ceyhun Məmmədov qeyd edib ki, Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır. Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biri olduğu məlum olmuşdur.
Onun sözlərinə görə, "Ağdam" sözü qədim türk dilində "kiçik qala" deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişdi. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada "Ağdam" — günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.Ağdam təkcə coğrafi mövqeyi ilə deyil, həm də Azərbaycan mədəniyyətinə, musiqisinə və idmanına bəxş etdiyi görkəmli şəxsiyyətlərlə məşhurdur. Bura muğam sənətinin beşiyi sayılır; Qurban Pirimov, Sara Qədimova, Arif Babayev, Mənsum İbrahimov kimi sənətkarlar bu torpağın yetirmələridir. Eyni zamanda, Azərbaycan futbolunun fəxri olan və ölkəmizi Avropa arenalarında layiqincə təmsil edən "Qarabağ" futbol klubu da məhz Ağdamı təmsil edir.Sahəsi 1150 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail olmuşdular. Rayonun 202 200 nəfərdən çox əhalisi var. Uzun illər məcburi köçkün həyatı yaşayan sakinlər artıq doğma yurdlarına qayıdırlar.
Ceyhun Məmmədov əlavə edib ki, Azadlıqdan dərhal sonra Ağdamda genişmiqyaslı tikinti-quruculuq işlərinə start verildi:Artıq Ağdam öz əsl sahiblərinə qovuşub. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olub və hər il təntənəli şəkildə qeyd edilir.
15:11 / 19 Noyabr 2026
12
15:01 / 19 Noyabr 2026
56
14:45 / 19 Noyabr 2026
81
14:32 / 19 Noyabr 2026
82
14:26 / 19 Noyabr 2026
107
14:15 / 19 Noyabr 2026
87
14:11 / 19 Noyabr 2026
84
14:03 / 19 Noyabr 2026
107
13:53 / 19 Noyabr 2026
112
13:47 / 19 Noyabr 2026
92
13:43 / 19 Noyabr 2026
104
13:38 / 19 Noyabr 2026
103
13:34 / 19 Noyabr 2026
111
13:28 / 19 Noyabr 2026
98
13:22 / 19 Noyabr 2026
95
13:15 / 19 Noyabr 2026
109
13:09 / 19 Noyabr 2026
135
12:56 / 19 Noyabr 2026
129
12:45 / 19 Noyabr 2026
111
12:41 / 19 Noyabr 2026
136
12:27 / 19 Noyabr 2026
108
12:13 / 19 Noyabr 2026
109
12:07 / 19 Noyabr 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.