Bakıda yanğın təhlükəli mebel mağazasının fəaliyyəti dayandırılıb
19 Noyabr 2026, 16:02
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
154
19.11.2026, 15:56
Məleykə Abbaszadənin Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək Bakı Dövlət Universitetinin (BDU) rektoru təyin olunmasından bir neçə dəqiqə sosial şəbəkədəki paylaşımı diqqət çəkib.
Belə ki, Məleykə Abbaszadə özünün sosial media hesabında DİM sədri kimi keçirdiyi görüş barədə paylaşım edib.
Oxu24.com xəbər verir ki, o, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətini DİM-də qəbul etdiyini bildirib. Paylaşımda görüş zamanı qurumun 2026–2028-ci illər üzrə Rəqəmsal İnkişaf Yol Xəritəsi çərçivəsində görülən işlərin və növbəti addımların müzakirə olunduğu qeyd edilib.
Abbaszadə informasiya sistemlərinin “Digital Bridge” platformasına və “mygov ID” xidmətinə qoşulması, elektron xidmətlərin “mygov” və “mygov Biznes” üzərindən təqdim edilməsi, sistemlərin “Hökumət buludu”na köçürülməsi və informasiya təhlükəsizliyinin gücləndirilməsi məsələlərindən bəhs edib.
Bununla yanaşı, qəbul prosesində qeydiyyat, ixtisas seçimi və müsabiqə nəticələrinin “mygov” üzərindən əlçatan olması, ödənişlərin vahid platformada avtomatlaşdırılması imkanlarının nəzərdən keçirildiyini bildirib.
Qeyd edək ki, Məleykə Abbaszadənin saat 09:50-də sosial media hesabında paylaşım edib, saat 10:03-də isə onun Bakı Dövlət Universitetinə rektor təyin olunması barədə Prezident İlham Əliyevin sərəncamı dərc olunub (Trend).
16:02 / 19 Noyabr 2026
21
15:59 / 19 Noyabr 2026
1
15:54 / 19 Noyabr 2026
51
15:47 / 19 Noyabr 2026
98
15:45 / 19 Noyabr 2026
37
15:41 / 19 Noyabr 2026
63
15:33 / 19 Noyabr 2026
363
15:31 / 19 Noyabr 2026
56
15:27 / 19 Noyabr 2026
58
15:11 / 19 Noyabr 2026
65
15:11 / 19 Noyabr 2026
93
15:01 / 19 Noyabr 2026
74
14:45 / 19 Noyabr 2026
94
14:32 / 19 Noyabr 2026
95
14:26 / 19 Noyabr 2026
122
14:15 / 19 Noyabr 2026
97
14:11 / 19 Noyabr 2026
93
14:03 / 19 Noyabr 2026
113
13:53 / 19 Noyabr 2026
123
13:47 / 19 Noyabr 2026
102
13:43 / 19 Noyabr 2026
116
13:38 / 19 Noyabr 2026
113
13:34 / 19 Noyabr 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.