Ukraynalı parlamentarilər Azərbaycana səfər edib
19 Noyabr 2026, 14:26
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
362
20.03.2025, 11:54
ABŞ Prezidenti Donald Tramp martın 20-də Təhsil Departamentinin bağlanması prosesinə başlayacaq fərman imzalamağa hazırlaşır.
Oxu24.com xəbər verir ki,bu barədə “USA Today” qəzeti Tramp administrasiyasının yüksək vəzifəli nümayəndələrinə istinadən məlumat yayıb.
Məlumatı Ağ Evin mətbuat xidməti təsdiqləyib.
Trampın Ağ Evdə bir neçə Respublikaçı qubernator və təhsil komissarının iştirak etdiyi mərasimdə sərəncam imzalayacağı gözlənilir.
Sərəncamda Tramp təhsil naziri Linda MakMahondan agentliyin bağlanmasını asanlaşdırmaq və “təhsil səlahiyyətlərini ştatlara qaytarmaq” üçün “bütün lazımi addımları” atmağa göstəriş verəcək. Sərəncamında Tramp həmçinin “amerikalıların güvəndiyi xidmətlər, proqramlar və faydaların davamlı şəkildə təmin edilməsini” tələb edəcək.
Departamenti bağlamaq üçün Tramp ABŞ Konqresinin dəstəyini almalıdır, Reuters yazır. Respublikaçılar 100 yerlik Senatda 53 yerə sahibdirlər, lakin agentliyin ləğvi üçün qanunvericiliyin qəbulu üçün 60 səs lazımdır, yəni onların yeddi demokratın dəstəyinə ehtiyacı var. Eyni zamanda, mətbuatın yazdığına görə, Senatdakı demokratlar çətin ki, Təhsil Nazirliyinin ləğvini dəstəkləsinlər.
Təhsil Departamentinin bağlanması Donald Trampın əsas kampaniya vədlərindən biridir, o, dəfələrlə departamentin işini “böyük fırıldaq” adlandırıb. Tramp yanvar ayında vəzifəyə gəldikdən sonra departament işçi qüvvəsini təxminən yarıya qədər azaldıb - 4133-dən 2183-ə. Təxminən 20 ştatın baş prokurorları martın əvvəlində Trampın departamenti sökməsinə və işçilərin ixtisarını dayandırmasına mane olmaq üçün məhkəməyə müraciət etmişdilər.
Miri
15:56 / 19 Noyabr 2026
9
15:54 / 19 Noyabr 2026
16
15:47 / 19 Noyabr 2026
68
15:45 / 19 Noyabr 2026
19
15:41 / 19 Noyabr 2026
46
15:33 / 19 Noyabr 2026
303
15:31 / 19 Noyabr 2026
53
15:27 / 19 Noyabr 2026
51
15:11 / 19 Noyabr 2026
59
15:11 / 19 Noyabr 2026
89
15:01 / 19 Noyabr 2026
72
14:45 / 19 Noyabr 2026
94
14:32 / 19 Noyabr 2026
94
14:26 / 19 Noyabr 2026
120
14:15 / 19 Noyabr 2026
97
14:11 / 19 Noyabr 2026
93
14:03 / 19 Noyabr 2026
113
13:53 / 19 Noyabr 2026
120
13:47 / 19 Noyabr 2026
101
13:43 / 19 Noyabr 2026
115
13:38 / 19 Noyabr 2026
112
13:34 / 19 Noyabr 2026
116
13:28 / 19 Noyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.