Ukraynalı parlamentarilər Azərbaycana səfər edib
19 Noyabr 2026, 14:26
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
472
19.03.2025, 15:48
Kiyevin atəşkəs razılaşmalarına əməl edəcəyinə inanmaq mümkün deyil və dialoqun təmin edilməsində əsas rol ABŞ-a məxsus olmalıdır.
Oxu24.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynada atəşkəs perspektivlərini şərh edərkən deyib.
“Bəli, bu mənada ona etibar etmək olmaz. Ən əsası odur ki, amerikalılar etməli olduqları işi görsünlər. Gəlin görək nə edirlər. ABŞ-ın vasitəçilik missiyası Kiyevə Rusiya Federasiyası ilə razılaşmaların, o cümlədən zərbələrin dayandırılmasının mahiyyətini izah etməkdən ibarətdir. Söhbət məhz bundan gedirdi – qoy bununla məşğul olsunlar”, - deyə siyasətçi vurğulayıb.
Martın 19-da ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff Rusiya və Ukrayna arasında atəşkəs sazişinin layihəsində bütün kritik infrastruktur obyektlərinə zərbələrin endirilməsinin qadağan edilməsini ehtiva etdiyini bildirib.
Rusiya prezidenti Vladimir Putin və Amerika lideri Donald Tramp martın 18-də ikinci rəsmi telefon danışığını keçirib. Moskva və Vaşinqton danışıqları məhsuldar qiymətləndirib. İki lider Ukrayna nizamlanmasından tutmuş, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığa və xokkey oyunlarına qədər bir çox məsələlərə toxunublar.
Miri
16:02 / 19 Noyabr 2026
21
15:59 / 19 Noyabr 2026
1
15:56 / 19 Noyabr 2026
146
15:54 / 19 Noyabr 2026
51
15:47 / 19 Noyabr 2026
98
15:45 / 19 Noyabr 2026
37
15:41 / 19 Noyabr 2026
63
15:33 / 19 Noyabr 2026
363
15:31 / 19 Noyabr 2026
56
15:27 / 19 Noyabr 2026
58
15:11 / 19 Noyabr 2026
65
15:11 / 19 Noyabr 2026
93
15:01 / 19 Noyabr 2026
74
14:45 / 19 Noyabr 2026
94
14:32 / 19 Noyabr 2026
95
14:26 / 19 Noyabr 2026
122
14:15 / 19 Noyabr 2026
97
14:11 / 19 Noyabr 2026
93
14:03 / 19 Noyabr 2026
113
13:53 / 19 Noyabr 2026
123
13:47 / 19 Noyabr 2026
102
13:43 / 19 Noyabr 2026
116
13:38 / 19 Noyabr 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.