ABŞ-ın neft ehtiyatları minimum səviyyəyə düşdü
23 Noyabr 2026, 19:33
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
300
09.09.2024, 20:41
Neytral İsveçrə və NATO üzvü İtaliya 9-20 sentyabr tarixlərində ilk dəfə birgə hərbi hava qüvvələri təlimləri keçirəcək.
Oxu24.com xəbər verir ki, bu barədə İsveçrə hökuməti məlumat yayıb.
“2024-cü il sentyabrın 9-dan 20-dək İsveçrə və İtaliya Hərbi Hava Qüvvələri birgə təlim keçirəcək. İlk dəfə təşkil olunan bu təlim İsveçrə və İtaliyanın imkanlarını müqayisə edəcək, onları inkişaf etdirəcək və qarşılıqlı fəaliyyət qabiliyyətini artıracaq”, - deyə məlumatda bildirilir.
SIFEX təlimində İsveçrə F/A-18 döyüş təyyarələrindən, İtaliya Hərbi Hava Qüvvələri isə Eurofighter və F-35 qırıcılarından istifadə edəcək. İsveçrə ordusu İtaliyaya təxminən 50 hərbçi göndərəcək.
Məlumata görə, təlimlər 2004-cü ildə İsveçrə və İtaliya arasında hərbi təlim sahəsində əməkdaşlıq çərçivəsində birgə fəaliyyət haqqında imzalanmış saziş əsasında keçirilir.
Bundan əvvəl Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzinin qlobal və inkişaf etməkdə olan risklər departamentinin rəhbəri Jan-Mark Rikli İsveçrənin Avropa İttifaqı və NATO ilə hərbi əməkdaşlığının partlayıcı olacağı fikrini bildirmişdi. Onun sözlərinə görə, NATO və Aİ ilə hərbi əməkdaşlığı genişləndirmək çağırışları İsveçrədə çoxlu mübahisələrə səbəb olacaq.
Miri
20:16 / 23 Noyabr 2026
13
20:09 / 23 Noyabr 2026
44
19:53 / 23 Noyabr 2026
58
19:39 / 23 Noyabr 2026
95
19:33 / 23 Noyabr 2026
59
19:14 / 23 Noyabr 2026
71
19:10 / 23 Noyabr 2026
283
19:00 / 23 Noyabr 2026
92
18:46 / 23 Noyabr 2026
204
18:42 / 23 Noyabr 2026
129
18:35 / 23 Noyabr 2026
105
18:13 / 23 Noyabr 2026
111
18:09 / 23 Noyabr 2026
3871
17:55 / 23 Noyabr 2026
252
17:52 / 23 Noyabr 2026
109
17:46 / 23 Noyabr 2026
109
17:44 / 23 Noyabr 2026
129
17:13 / 23 Noyabr 2026
293
17:12 / 23 Noyabr 2026
159
16:57 / 23 Noyabr 2026
162
16:55 / 23 Noyabr 2026
141
16:45 / 23 Noyabr 2026
328
16:41 / 23 Noyabr 2026
142
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.