Bu universitetin bütün əməkdaşlarına bayrama görə pul VERİLƏCƏK
20 Dekabr 2025, 00:40
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
889
26.10.2018, 12:56
Həmçinin oxuyun
Rusiyadan Naxçıvana gətirilməsi
Heydər Əliyev “Bakinski raboçi” qəzetinə verdiyi müsahibələrin birində qeyd edirdi ki, o, Cavidin cənazəsinin qalıqlarının uzaq Sibirdən Azərbaycana gətirilməsi üçün SSRİ kimi nəhəng bir dövlətin “birinci şəxsinə” - Sov.İKP MK-nın Baş katibi Leonid Brejnevə, həmçinin SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri Yuri Andropova müraciət etmişdi. Bu məsələni həll etmək üçün SSRİ kimi böyük bir dövlətin rəhbərliyi yanında yüksək nüfuza sahib olmaq və onun icazəsini almaq vacib idi.
Sibirə səfərə göndərilən heyət ilk günündən başlayaraq Cavidlə bağlı bir sıra arxiv sənədləri öyrəndi. Müəyyən edildi ki, Hüseyn Cavid 1941-ci il dekabrın 5-də İrkutsk vilayəti Tayşet rayonunun əlillər xəstəxanasında vəfat edib, Şevçenko kəndindəki qəbiristanlıqda 59 saylı qəbirdə dəfn olunub. Üç gün sonra isə Sov.İKP İrkutsk Vilayət Partiya Komitəsində görüş zamanı Cavidin məzarının yerinin müəyyən edilməsinə, bununla əlaqədar İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndini, 1940-cı illərdə burada yerləşən 21 saylı kaloniyanı və əlillər xəstəxanasını tanıyan adamların tapılmasına sərancam verildi.
Sibirdə olarkən Cavidin sakini olduğu əlillər evinin 1956-cı ildə dağıdılması, Sibirin sıx meşələrindəki Şevçenko kəndinin itib-batması, orada indi heç kimin yaşamaması haqda məlumatlar mövcud idi. Eyni zamanda bildirilirdi ki, 30 dərəcə şaxtada həmin yerlərə getmək həm mümkünsüz, həm də təhlükəlidir. Müəyyən çətinliklərdən sonra zirehli maşınlar 1982-ci il oktyabrın 21-də Tayşet şəhərindən 75 kilometr məsafədə yerləşən Şevçenko kəndinə istiqamət aldı. Bu səfərə rəsmi olaraq partiya, hüquq-mühafizə, ədliyyə, səhiyyə orqanlarının məsul işçiləri qatılmışdılar. 1941-ci ildə Cavidin sakini olduğu islah-əmək düşərgəsində keşikçi dəstəsinin rəisi işləmiş 72 yaşlı Darafiy Tradyakola qətiyyətlə bildiridi ki, Şevçenkoda 40 min insanın dəfn olunduğu qəbiristanlıq dağılmayıb. Heyət oktyabrın 21-də Şevçenko kəndinə çatdı. Kənd 100 hektarlarla ərazisi olan sərt Sibir meşəsi idi. Məzarlıq tapıldıqdan sonra iki saat davam edən axtarış nəticəsində Şevçenko rayon prokuroru Yelena Xaritinova 59 saylı qəbiri taparaq onun açılması üçün sanksiya imzalandı və Cavidin qəbri qazıldı.
Planlaşdırdığı kimi Hüseyn Cavid Şevçenko-Tayşet-İrkutsk-Moskva-Yerevan-Naxçıvan marşrutu ilə Naxçıvana qayıtmalı idi. İrkutskdan Moskvaya uçarkən Heydər Əliyevin göstərişi ilə oktyabrın 26-da 861-ci reyslə Moskvadan birbaşa Bakıya uçmalısınız. Heydər Əliyevin bu tapşırığı ilə marşrut dəyişildi. Buna səbəb Cavidin nəşinin İrəvandan keçməməli olması idi.
1982-ci il oktyabrın 26-da Hüseyn Cavidin nəşi Moskvadan Bakıya, sonra isə Naxçıvana gətirilir. Naxçıvanda - evinin qarşısında dəfn olunur.
00:40 / 20 Dekabr 2025
375
00:31 / 20 Dekabr 2025
95
00:23 / 20 Dekabr 2025
385
00:11 / 20 Dekabr 2025
181
00:03 / 20 Dekabr 2025
144
23:50 / 19 Dekabr 2025
521
23:47 / 19 Dekabr 2025
62
23:37 / 19 Dekabr 2025
93
23:35 / 19 Dekabr 2025
65
23:24 / 19 Dekabr 2025
62
23:07 / 19 Dekabr 2025
81
22:48 / 19 Dekabr 2025
593
21:43 / 19 Dekabr 2025
93
21:41 / 19 Dekabr 2025
78
20:52 / 19 Dekabr 2025
82
20:49 / 19 Dekabr 2025
72
20:47 / 19 Dekabr 2025
229
20:45 / 19 Dekabr 2025
1076
20:38 / 19 Dekabr 2025
182
20:30 / 19 Dekabr 2025
202
20:26 / 19 Dekabr 2025
91
20:23 / 19 Dekabr 2025
139
20:17 / 19 Dekabr 2025
85
19:53 / 19 Dekabr 2025
106
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.