Baş prokuror bu məsələni müzakirə edib
14 Noyabr 2026, 15:45
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
758
19.12.2025, 20:26
Təəssüflər olsun ki, cəmiyyətimizdə ümumdavranış qaydalarına riayət etməyən, qeyri-sağlam həyat tərzi sürən, qanunu pozmağa meyilli və cinayəti özünə peşə edən şəxslər vardır.
Cəmiyyətimizin bu şəxslərdən azad olunmasında, islah olunaraq normal həyat tərzinə qayıtmasında hamımızın üzərinə vəzifələr düşür.
Hər bir vətəndaş cinayətlərə qarşı barışmaz mövqedə durarsa, öz həyatına təhlükə yaratmadan cinayətin qarşısının alınmasında, cinayətin nəticələrinin aradan qaldırılmasında və cinayəti törətmiş şəxsin müəyyən olunub tutulmasında hüquq-mühafizə orqanlarına dəstək olarsa, bu zaman cinayətlərin də sayı azalar və biz daha təhlükəsiz cəmiyyətdə yaşayarıq.
Gəlin hamılıqla cinayətkarlığa qarşı mübarizə aparaq.
Lakin bu zaman unutmayaq ki, öz təhlükəsizliyiniz də hamının təhlükəsizliyi kimi vacibdir və laqeyd qaldığımız hər bir cinayət hadisəsi gələcəkdə sizə və yaxınlarınıza qarşı da törədilə bilər.
Cinayətin şahidi olduğunuz zaman aşağıdakı davranış qaydalarına riayət etməyinizi tövsiyyə edirik:
1. Hazırlanan və ya törədilmiş cinayət hadisəsi barədə DİN-in 102 xidmətinə məlumat verin.
2. Öz təhlükəsizliyinə xələl gəlmədən cinayət hadisəsi zamanı zərərçəkmiş şəxsə yardım edin.
3. Hadisə yerinə digər şəxslərin yaxınlaşmasının qarşısını almağa çalışın və onları hadisə yerinə yaxınlaşdıqları zaman zərər ala biləcəkləri barədə xəbərdar edin.
4. İlkin tibbi yardım qaydalarını öyrənin və zəruri hallarda tətbiq edin.
5. Hadisə yerinə təcilli tibbi və digər yardım çağırın.
6. Cinayəti törətmiş şəxsin zahiri əlamətlərini, hərəkət etdiyi nəqliyyat vasitəsinin nömrəsini, hərəkət istiqamətini yadda saxlamaqla, onun müəyyən olunması üçün polisə kömək edin.
7. Şərait olduqda cinayət hadisəsini foto və ya videolentə almağa çalışın.
8. Cinayət hadisəsinin şahidlərini müəyyən etməkdə polisə kömək edin.
Nigarxanım
12:55 / 15 Noyabr 2026
79
12:36 / 15 Noyabr 2026
164
12:28 / 15 Noyabr 2026
75
12:11 / 15 Noyabr 2026
88
11:52 / 15 Noyabr 2026
127
11:43 / 15 Noyabr 2026
80
11:29 / 15 Noyabr 2026
100
11:20 / 15 Noyabr 2026
93
11:20 / 15 Noyabr 2026
99
11:10 / 15 Noyabr 2026
94
11:07 / 15 Noyabr 2026
558
10:50 / 15 Noyabr 2026
101
10:25 / 15 Noyabr 2026
255
10:21 / 15 Noyabr 2026
102
10:18 / 15 Noyabr 2026
99
10:12 / 15 Noyabr 2026
131
09:35 / 15 Noyabr 2026
494
07:35 / 15 Noyabr 2026
203
05:50 / 15 Noyabr 2026
152
01:35 / 15 Noyabr 2026
165
01:10 / 15 Noyabr 2026
184
23:59 / 14 Noyabr 2026
376
23:51 / 14 Noyabr 2026
201
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.