Bir küçədə iki dövlət - Dünyanın ən qəribə 5 sərhədi
14 Noyabr 2026, 23:16
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
1613
19.12.2025, 23:50
Bu dəfə haqqında bəhs edəcəyimiz xanım bir müddət nazir postunu tutub.
Söhbət Lidiya Rəsulovadan gedir.O,1988-1993 illərdə Azərbaycanın sosial təminat naziri və 1993-1997 illərdə təhsil naziri vəzifələrində çalışıb.
Oxu24.com xəbər verir ki,Lidiya Rəsulova 1941-ci il dekabr ayının 4-də Bakı şəhərinin Sabunçu rayonunda, neftçi ailəsində doğulub.
O, Xudat Rəsulov və Məhbubə Rəsulovanın 7 övladından biri olub.
1959-cu ildə Bakıda 45 saylı orta məktəbi qızıl medalla bitirən Rəsulova Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutuna daxil olub, 1965-ci ildə universiteti rus dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə bitirib.
O, əmək fəaliyyətinə 1958-ci ildə Bakının ümumtəhsil və məktəbdənkənar tədris müəssisələrində başlayıb. 1963-1966-cü illərdə sekçili gənclər təşkilatlarında, 1966-1981-ci illərdə partiya və sovet orqanlarında müxtəlif vəzifələrdə çalışıb.
L.Rəsulova 1964-1965-ci illərdən 1971-ci ilə qədər Lenin rayonu (indiki Sabunçu rayonu) partiya komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri, 1971-ci ildən isə Azərbaycan Kommmunist Partiyası Mərkəzi Komitəsinin (AKP MK) elm və təhsil şöbəsinin müdiri vəzifəsini icra edib.1973-cü ildə MK-nın elm və təhsil şöbəsinin müdiri təyin edilib.
1975-ci ilin 25 dekabrında etibarən 5 il Nəsimi rayon partiya komitəsinin birinci katibi vəzifəsini yerinə yetirib.Burada işlədiyi dövrdə AKP MK-nın birinci katibi Heydər Əliyev tərəfindən Rəsulovanın MK-nın Təftiş komissiyasının sədri vəzifəsinə namizədliyi irəli sürülüb.1981–1988-ci illərdə Azərbaycan Respublikası Həmkarlar İttifaqları Şurasının sədri olub.1988–1992-ci illərdə Azərbaycan Respublikasının sosial təminat naziri olmuş, daha sonra Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsi sədrinin müavini, 1993-cü ildən etibarən Azərbaycan Respublikasının təhsil naziri işləmişdir. Səhhətində yaranmış problemlərlə əlaqədar 1997-ci ildə təhsil naziri vəzifəsindən azad olunan Lidiya Rəsulova bir neçə çağırış SSRİ və Azərbaycan Ali Sovetinin deputatı seçilib.
Lidiya Rəsulova bir çox orden və medallarla təltif edilib, dövlət quruculuğunda fəal iştirakına görə Azərbaycan Respublikasının ali mükafatı olan "Şöhrət" ordeninə layiq görülüb. 2002-ci ildən prezident təqaüdçüsü olub.Lidiya Xudat qızı Rəsulova 2012-ci il fevralın 5-də vəfat edib.
2023-cü ildə tanınmış ictimai-siyasi xadim Lidiya Rəsulovaya həsr olunan və Dilarə Rüstəmin müəllifi olduğu "Tarixə yazılmış ömür" kitabı işıq üzü görüb...

Hazırladı: Tarixçi Namiq Həsənov
12:55 / 15 Noyabr 2026
79
12:36 / 15 Noyabr 2026
164
12:28 / 15 Noyabr 2026
75
12:11 / 15 Noyabr 2026
88
11:52 / 15 Noyabr 2026
127
11:43 / 15 Noyabr 2026
80
11:29 / 15 Noyabr 2026
100
11:20 / 15 Noyabr 2026
93
11:20 / 15 Noyabr 2026
99
11:10 / 15 Noyabr 2026
94
11:07 / 15 Noyabr 2026
558
10:50 / 15 Noyabr 2026
101
10:25 / 15 Noyabr 2026
255
10:21 / 15 Noyabr 2026
102
10:18 / 15 Noyabr 2026
99
10:12 / 15 Noyabr 2026
131
09:35 / 15 Noyabr 2026
494
07:35 / 15 Noyabr 2026
203
05:50 / 15 Noyabr 2026
152
01:35 / 15 Noyabr 2026
165
01:10 / 15 Noyabr 2026
184
23:59 / 14 Noyabr 2026
376
23:51 / 14 Noyabr 2026
201
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.