Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib
16 May 2026, 13:33
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1569
20.12.2025, 00:03
Milli Məclis Azərbaycan və Türkiyə Müdafiə nazirlikləri arasındakı Anlaşma Memorandumunu ratifikasiya edib.
Oxu24.com xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə olunub.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev sənəd layihəsinin təqdimatı zamanı bildirib ki, Memoranduma əsasən, birinin silahlı təcavüzə məruz qaldığı halda BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və birgə özünümüdafiə hüquqlarının həyata keçirilməsi üçün bir-birlərinə qarşılıqlı yardımın göstərilməsi öhdəliyini götürürlər:
"Tərəflərin bir-birlərinə hərbi yardım göstərməsi onlardan birinin sorğusu əsasında və buna dair milli qanunvericiliklərində müəyyən edilmiş qaydaya uyğun olaraq həyata keçirilir. Tərəflər dinc dövrdə yuxarıda qeyd edildiyi kimi mütəmadi olaraq birgə hərbi təlimlər və manevrlər keçirirlər.
Memorandum yalnız hərbi əməkdaşlıq və hərbi təhlükəsizlik sahəsindəki məsələləri əhatə edir və bu çərçivədə yalnız müdafiə sahəsində qarşılıqlı yardım, təlim, təchizat və tərəflərin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını ehtiva edir.
Tərəflər, öz milli qanunvericiliklərinə uyğun olaraq, hərbi sahədə məlumat mübadiləsini və hərbi kəşfiyyat əməkdaşlığını gücləndirirlər, buna müvafiq olaraq, hərbi təhlükəsizlik sahəsində əldə olunan məlumatları ( məxfi, tam məxfi, xüsusi əhəmiyyətli) bir-birləri ilə paylaşa və bu məlumatlardan birgə əməliyyatlar zamanı istifadə edə bilərlər.
Tərəflər arasında bu Memorandumun təfsiri və ya həyata keçirilməsi ilə bağlı yaranan fikir ayrılıqları yalnız tərəflər arasında keçiriləcək danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.
Anlaşma Memorandumuna tərəflərin qarşılıqlı yazılı razılığına əsasən istənilən zaman düzəliş və ya əlavələr edilə bilər.
Tərəflərdən hər biri digər tərəfə ləğvetmə niyyətini diplomatik kanallar vasitəsilə yazılı şəkildə bildirərək Memorandumu ləğv edə bilər. Bu halda Memorandum həmin bildirişin alındığı tarixdən 60 gün sonra ləğv edilir.
Anlaşma Memorandumu beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həyata keçirilir, üçüncü dövlətlərə qarşı yönəlmir və regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir".
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
08:30 / 17 May 2026
13
23:59 / 16 May 2026
98
23:52 / 16 May 2026
141
23:48 / 16 May 2026
151
23:31 / 16 May 2026
210
23:28 / 16 May 2026
355
23:24 / 16 May 2026
182
23:17 / 16 May 2026
231
23:16 / 16 May 2026
117
23:01 / 16 May 2026
409
22:55 / 16 May 2026
95
22:48 / 16 May 2026
291
22:45 / 16 May 2026
199
22:35 / 16 May 2026
526
22:27 / 16 May 2026
843
22:26 / 16 May 2026
160
22:07 / 16 May 2026
141
21:48 / 16 May 2026
113
21:32 / 16 May 2026
140
21:10 / 16 May 2026
269
20:41 / 16 May 2026
232
20:13 / 16 May 2026
286
20:01 / 16 May 2026
230
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.