Azərbaycanda həkim vəfat etdi
15 Noyabr 2026, 12:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1038
19.12.2025, 19:30
Ağdam rayonunda yerləşən Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbində Qırğız Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi və Türk Ticarət Mərkəzinin (TTM) birgə təşkilatçılığı ilə tədbir keçirilib.
“Dostluq, Qardaşlıq, Birlik” devizi altında baş tutan tədbirdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi cənab Emin Hüseynov, Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Maksat Mamıtkanov, Türk Ticarət Mərkəzinin direktoru cənab Yılmaz Okuklu, Azərbaycan–Türkiyə İş Adamları Birliyinin İdarə heyətinin üzvü cənab Rafiq Qarayev iştirak ediblər.
Tədbirdə çıxış edən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi cənab Emin Hüseynov işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə məlumat verərək, dost və qardaş ölkələrin göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini vurğulayıb.
Qırğız Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Maksat Mamıtkanov bildirib ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd Türk Dünyasının ayrılmaz hissəsi olan Azərbaycan Respublikasına dəstək göstərmək, Türk Dövlətləri Liderlərinin müəyyən etdiyi birlik, qardaşlıq və dostluq siyasətini davam etdirməkdir. Səfir çıxışı zamanı 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü, 4 Dekabr – Manas Dastanı Günü və 11 Dekabr – Beynəlxalq Dağlar Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib və onlara uğurlar arzulayıb.
Cənab səfir çıxışında işğaldan azad olunmuş Qarabağ torpaqlarında aparılan yenidənqurma və bərpa işlərinə də toxunaraq, bu prosesə Qırğız Respublikasının siyasi, mənəvi və humanitar dəstəyinin əhəmiyyətini qeyd edib. O, qırğızıstanlı iş adamlarını Qarabağda davam edən quruculuq-bərpa işlərində fəal iştiraka dəvət edib.
Türk Ticarət Mərkəzinin direktoru cənab Yılmaz Okuklu bu kimi tədbirlərin dost və qardaş ölkələr arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib. O, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Ağdam rayon sakinləri ilə keçirilən bu görüşün mənəvi əhəmiyyətini xüsusi vurğulayıb və bu təşəbbüslərin silsilə şəklində davam etdiriləcəyini qeyd edib.
Tədbir çərçivəsində Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbində şagird və müəllim heyəti ilə görüş keçirilib. Qarşıdan gələn bayramlar münasibətilə məktəblilərə və pedaqoji kollektivə hədiyyələr təqdim olunub. Birlik və həmrəyliyin rəmzi olaraq tədbir zamanı xeyir-dua ilə qurban kəsilib.
Daha sonra Qırğızıstandan gətirilmiş ərzaq məhsullarının tanıtımı həyata keçirilib, bu məhsulların Ağdam sakinləri ilə bölüşülməsi qardaşlıq və mənəvi dəstək jesti kimi qiymətləndirilib.
Səfər çərçivəsində I Qarabağ müharibəsinin döyüşçüsü, Azərbaycan–Türkiyə İş Adamları Birliyinin İdarə heyətinin üzvü cənab Rafiq Qarayev Qarabağın tarixi torpaqları və bölgədə aparılan bərpa-quruculuq işləri barədə qonaqlara ətraflı məlumat verib.
12:55 / 15 Noyabr 2026
79
12:36 / 15 Noyabr 2026
164
12:28 / 15 Noyabr 2026
75
12:11 / 15 Noyabr 2026
88
11:52 / 15 Noyabr 2026
127
11:43 / 15 Noyabr 2026
80
11:29 / 15 Noyabr 2026
100
11:20 / 15 Noyabr 2026
93
11:20 / 15 Noyabr 2026
99
11:10 / 15 Noyabr 2026
94
11:07 / 15 Noyabr 2026
558
10:50 / 15 Noyabr 2026
101
10:25 / 15 Noyabr 2026
255
10:21 / 15 Noyabr 2026
102
10:18 / 15 Noyabr 2026
99
10:12 / 15 Noyabr 2026
131
09:35 / 15 Noyabr 2026
494
07:35 / 15 Noyabr 2026
203
05:50 / 15 Noyabr 2026
152
01:35 / 15 Noyabr 2026
165
01:10 / 15 Noyabr 2026
184
23:59 / 14 Noyabr 2026
376
23:51 / 14 Noyabr 2026
201
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.