Hamının "Neftçilər Kruqu" kimi tanıdığı yer əslində görün, necə adlanırmış
14 May 2026, 21:02
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
698
19.12.2025, 23:35
Zivər Məmmədova 1902-ci il iyunun 14-də Bakı şəhərində Nəcəfqulu Tağıyevin ailəsində doğulub.
1909-cu ildə "Müqəddəs Nina" qızlar gimnaziyasına daxil olub.
Məktəbi bitirdikdən sonra rəssamlıq kursuna, bu kursu bitirdikdən sonra isə eyni vaxtda iki ali məktəbə-Azərbaycan Ali Rəssamlıq Məktəbinə və Dövlət Türk Musiqi Məktəbinə daxil olub.
1924-cü ildə Ali Rəssamlıq Məktəbini bitirib. Ali təhsil aldıqdan sonra Stepan Erzya və Pinxos Sabsayın emalatxanasında fəaliyyət göstərib. O, həm də portret ustası kimi tanınıb və zəngin qalereya yaradıb. 1930–1940-cı illər arasında Əzim Əzimzadə, Hüseynqulu Sarabski, Məşədi Əzizbəyov, İdris Süleymanov, Hüseynbala Əliyev, Bəsti Bağırova və digərlərinin portret büstlərini hazırlayıb. Əzim Əzimzadənin Fəxri Xiyabanda yerləşən qəbirüstü abidəsini də o hazırlayıb.
Zivər Məmmədova həm də peşəkar skripkaçı kimi də tanınıb. Üzeyir Hacıbəyovun yaratdığı Dövlət Simfonik Orkestrində skripkaçı kimi fəaliyyət göstərib. 1923-cü ildə "Arşin mal alan" operettasının ilk tamaşasında da ifaçılar arasında olub. Bir müddət Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi işləyib.
1950-ci ildə bəstəkar Üzeyir Hacıbəyovun gipsdən heykəlini hazırlayıb. Bu abidə həm də Üzeyir bəyin naturadan çəkilmiş yeganə portreti kimi də tarixə düşüb. Zivər xanımın "Kolxozçu qadın" (1940), "Qız gəlincik ilə" (1950), "Rəqqasə" (1954) və digər əsərləri xüsusi fərqlənib.
Zivər Məmmədova 1924-cü ildə Həbib Məmmədovla ailə həyatı qurub.Bu evlilikdən Gülbəniz və Tokay adlı övladları dünyaya gəlib. Həyat yoldaşı Həbib Məmmədov 1928–1930-cu illərdə Moskvada Bauman adına texniki peşə məktəbində təhsil aldığı üçün bu müddət ərzində Moskvada yaşayıb. Burada xalq komissarları sovetində korrektor-tərcüməçi vəzifəsində çalışıb. Oğlu Tokay Məmmədov heykəltaraş və rəssamdır. O, 1962-ci ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi, 1973-cü ildə Azərbaycan SSR xalq rəssamı, 1975-ci ildə SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, 1978-ci ildə isə SSRİ dövlət mükafatı laureatı adlarına layiq görülüb.
Zivər Məmmədova 22 aprel 1980-ci ildə Bakıda vəfat edib...
Namiq Həsənov
08:30 / 17 May 2026
13
23:59 / 16 May 2026
98
23:52 / 16 May 2026
141
23:48 / 16 May 2026
151
23:31 / 16 May 2026
210
23:28 / 16 May 2026
355
23:24 / 16 May 2026
182
23:17 / 16 May 2026
231
23:16 / 16 May 2026
117
23:01 / 16 May 2026
409
22:55 / 16 May 2026
95
22:48 / 16 May 2026
291
22:45 / 16 May 2026
199
22:35 / 16 May 2026
526
22:27 / 16 May 2026
843
22:26 / 16 May 2026
160
22:07 / 16 May 2026
141
21:48 / 16 May 2026
113
21:32 / 16 May 2026
140
21:10 / 16 May 2026
269
20:41 / 16 May 2026
232
20:13 / 16 May 2026
286
20:01 / 16 May 2026
230
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.