Bir küçədə iki dövlət - Dünyanın ən qəribə 5 sərhədi
14 Noyabr 2026, 23:16
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
959
19.12.2025, 21:43
Firuzə Abbasqulu qızı Vəkilova (1878, Salyan, Cavad qəzası-1927, Bakı) Azərbaycanda kifayət qədər tanınmayan pedaqoq və maarifçi xanımdır.
Oxu24.com xəbər verir ki,əslən Qazax rayonunun Salahlı kəndindəndir. Məşhur Vəkilovlar nəslindən olan rus ordusunun polkovniki Abbasqulu bəy Vəkilovun (1844-1927) qızıdır.
O, gələcək həyat yoldaşı Məcid Behbudov tərəfindən qaçırılıb.
Belə ki, gənc xanəndə olan Məcid sosial mənşəyi aşağı təbəqəyə aid olduğuna görə evlənmək üçün razılıq almağa ümid etmirdi və onlar çıxış yolunu qaçmaqda görürlər.
Cütlük Tiflisdə məskunlaşır və Firuzə xanım ömrünün sonuna kimi orada yaşayır.
Firuzə Vəkilova zadəgan ailəyə məxsus olduğundan, dövrünə görə yaxşı təhsil almışdı.
O, Tiflis şəhərində yerləşən "Müqəddəs Nina" qadın gimnaziyasını bitirib. Firuzə Vəkilova rus və fransız dillərini mükəmməl bilirdi. Müəllim işləyirdi.
O, şəhərdə qadın müsəlman cəmiyyəti təşkil etmişdi və orada gənc qızlara ədəb-ərkan, rus və fransız dillərini öyrədirdi. Firuzə Vəkilova dram dərnəyində tamaşalar da səhnələşdirib.
Hətta Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasının əsasını Firuzə ilə Məcidin məhəbbət hekayəsi təşkil edib.
Qeyd etdiyimiz kimi, Firuzə Vəkilova xanəndə Məcid Behbudovun həyat yoldaşı olub. Onların üç övladı var idi. Ailənin hər üç övladı incəsənət aləmində şöhrət qazanıblar.
Böyük oğlu Ənvər Behbudov (1912, Şuşa - 1993, Moskva) Azərbaycan, sovet teatrı rejissoru, RSFSR xalq artisti (1965) olub.
Qızı Nəcibə Behbudova (6 yanvar 1914, Tiflis – 7 dekabr 1999, Bakı) tanınmış teatr və
kino aktrisasıdır, Azərbaycan SSR əməkdar artisti adını alib (1974).
Daha çox "Bəyin oğurlanması" filmində Bibixanım obrazı ilə tanınir.
Kiçik oğlu Rəşid Behbudov (1 (14) dekabr 1915, Tiflis – 9 iyun 1989, Moskva) —Azərbaycanın məşhur müğənnisidir. SSRİ Xalq artisti (1959), SSRİ və Azərbaycan SSR Dövlət Mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR Xalq artisti, Dağıstan MSSR-ın Xalq artisti, Gürcüstan SSR-nin əməkdar incəsənət xadimi adına və digər mükafatlara layiq görülüb...
Hazırladı: Namiq Həsənov
12:55 / 15 Noyabr 2026
79
12:36 / 15 Noyabr 2026
164
12:28 / 15 Noyabr 2026
75
12:11 / 15 Noyabr 2026
88
11:52 / 15 Noyabr 2026
127
11:43 / 15 Noyabr 2026
80
11:29 / 15 Noyabr 2026
100
11:20 / 15 Noyabr 2026
93
11:20 / 15 Noyabr 2026
99
11:10 / 15 Noyabr 2026
94
11:07 / 15 Noyabr 2026
558
10:50 / 15 Noyabr 2026
101
10:25 / 15 Noyabr 2026
255
10:21 / 15 Noyabr 2026
102
10:18 / 15 Noyabr 2026
99
10:12 / 15 Noyabr 2026
131
09:35 / 15 Noyabr 2026
494
07:35 / 15 Noyabr 2026
203
05:50 / 15 Noyabr 2026
152
01:35 / 15 Noyabr 2026
165
01:10 / 15 Noyabr 2026
184
23:59 / 14 Noyabr 2026
376
23:51 / 14 Noyabr 2026
201
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.